Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Rusiya Ermənistanı blokadadan çıxarır - YENİ LAYİHƏ



“Gürcüstan Ermənistanla Rusiyanı birləşdirən Abxaziya dəmiryolunu açır”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Rusiya Gürcüstanın separatçı Abxaziya regionundan keçən Ermənistanla dəmiryolu xəttini işə salmaq üçün rəsmi Tiflisə təzyiq edir:

“Bu dəmiryol xətti Gürcüstanın separatçı bölgəsi olan Abxaziyadan keçməklə, Rusiya ilə Ermənistanı birləşdirir. Qeyd edim ki, Abxaziyadan keçən dəmir yolu 1991-93 illərdə gürcü -abxaz münaqişəsi nəticəsində fəaliyyətini dayandırıb. Ermənistan hakimiyyəti bir neçə ildir ki, Gürcüstan hakimiyyətindən bu dəmiryolu xəttinin açılmasını "xahiş edir". Çünki bu yol vasitəsilə Ermənistan Rusiya birbaşa nəqliyyat əlaqəsi yaranır və nəqliyyat blokadası yarılır. Bununla da Rusiyadan hərbi təyinatlı yüklərin Ermənistana dəmir yolla daşınması reallaşır.

Azərbaycanın illərlə Ermənistana tətbiq etdiyi nəqliyyat blokadasının bir sahəsi aradan qaldırılmaq təhlükəsi qarşılaşıb. Qeyd edək ki, Mixail Saakaşvilinin Gürcüstanda hakimiyyəti dövründə Abxaziyadan keçən dəmir yolunun açılması demək olar ki, qapadılmışdı. Bundan əlavə, 2008-ci ilin avqust ayında Rusiya- Gürcüstan müharibəsindən sonra rəsmi Kreml Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımaqla Rusiya-Ermənistan dəmir yolunun birləşməsi gündəlikdən düşməli idi. Görünür, “boz kardinal” B.İvanaşvili çox ciddi siyasi xətalara yol verir”. 

Politoloq hesab edir ki, Rusiya öz hərbi qüvvələrini Cənubi Osetiya və Abxaziya ərazisində gücləndirməklə bu ölkənin hissə-hissə işğalını davam etdirir: “Abxaziya dəmiryolunun qapadılması, Ermənistanın üzərinə bağlanmsında Gürcüstan hakimiyyətinin Azərbaycan qarşısında xüsusi öhdəliyi də mühüm rol oynayır. Bu öhdəliyə görə, Azərbaycan Gürcüstana böyük investisiya yatırıb və neft-qaz məhsullarını dünya bazar qiymətindən aşağı bu ölkəyə satır. Rusiyanın Gürcüstanda əsas adamı Bidzina İvanaşvili onun kölgəsində olan Gürcüstan hakimiyyəti, Avrointeqrasiya siyasətini aparsa da, Moskva ilə bir sıra sahələrdə danışıqlar aparır. Məhz bu danışıqların nəticəsidir ki, Gürcüstan hakimiyyəti Abxaziyadan keçən dəmiryolunun açılması istiqamətində Rusiya ilə danışıqlara başlayıb.

Rəsmi Tiflis bu dəmir yolunun açılmasına razılıq verməklə, bir sıra strateji səhvlərə yol verir. Birincisi, Gürcüstan hakimiyyəti, öz ölkəsinin ərazi bütövlüyünü şübhə altına alır. İkincisi, sepatçı Abaxaziyanı müstəqil subyekt kimi qəbul edir, bununla da beynəlxaq miqyasda Abxaziyanın tanınmasına şərait yaradır. Üçüncüsü, Rusiyanın təzyiqləri qarşısında ölkəsinin suverenliyini və hakimiyyətinin müstəqilliyini şübhə altına qoyur. Dördüncüsü, Azərbaycanın bu qədər dəstəyinə rəğmən, Azərbaycanın əleyhinə addım atır. Rusiya Abxaziya dəmiryolunun açılmasına nail olarsa, Ermənistanın Gümrü rayonunda “102-ci” hərbi bazasının möhkəmləndirəcək və Ermənistana rahat şəkildə silahların göndərilməsini həyata keçirəcək.

Bu dəmiryolu istifadəyə verilərsə, strateji tərəfdaşımız olan Gürcüstan hakimiyyəti Qarabağın işğalada qalmasında rol alacaq. B.İvanaşvili kurasiyasında olan Gürcüstan hakimiyyəti əgər öz ərazi bütövlüyünə hörmət etmirsə, təbii ki, Azərbaycana da qarşı oxşar addımdan çəkinməyəcək. Azərbaycan bununla bağlı Tiflislə ciddi danışıqlar aparmalı, dəmiryolu işə başlayarsa, öz investisiya lahiyələrini Gürcüstandan çıxartmalıdır. Rusiya Ermənistanla birləşdirəcək yolu açmaqla Gürcüstan -Azərbaycan münasibətlərinə bununla zərbə vurmağa çalışır. Həmçinin regiona hərbi nəzarəti gücləndirməyi planlayır”. 

Politoloq onu da əlavə edib ki, ötən həftənin cümə axşamı Praqada ikitərəfli münasibətlərin yaxşılaşdırılmasına dair Rusiya-Gürcüstan danışıqlarının növbəti raundu keçirilib. Bu danışıqlarda Rusiya tərəfini xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edib. Danışıqlarda İsveçrənin SGS şirkətinin Rusiya, Gürcüstan və qondarma Cənubi Osetiya ilə Abxaziya “respublikaları” arasında gömrük nizamlanmasında iştirakı əsas müzakirə mövzusu olub. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений