Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“AzScienceNet” şəbəkəsində yeni texnologiyalar tətbiq olunub



Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda internetin tənzimlənməsi və superkompüter texnologiyalarının çoxaspektli problemləri üzrə tədqiqatlar aparılıb.

Bununla bağlı “Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi”, “Əşyaların interneti: mövcud vəziyyəti, inkişaf perspektivləri, problemlər və həlli yolları”, “Verilənlərin emal mərkəzində virtual maşınların və hesablama klasterlərinin yaradılması” mövzuları işlənib. Həmçinin “AzScienceNet” şəbəkəsində yeni texnologiyalar tətbiq olunub, Data Mərkəzin texniki imkanları artırılıb. “AzEduNet.az” təhsil şəbəkəsi “AzScienceNet” şəbəkəsinə qoşulub. Əməkdaşlıq çərçivəsində ölkənin ali məktəblərinin “AzScienceNet” şəbəkəsinə qoşulması təmin olunub. Bu, həmin ali məktəblərin tələbələrinin, alim və mütəxəssislərinin, doktorant və dissertanlarının “AzScienceNet” və Data Mərkəzin xidmətləri ilə yanaşı, həm də GEANT beynəlxalq şəbəkəsinin xidmətlərindən istifadəsinə geniş imkan yaradıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений