Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AŞPA komitə iclasında azərbaycanlı deputatın məruzəsi dinləniləcək



Dekabrın 12-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclasları keçiriləcək.
 
Milli Məclisdən verilən məlumata görə, tədbirlərdə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
 
Nümayəndə heyətinə deputatlar Sahibə Qafarova, Vüsal Hüseynov və Sabir Hacıyev daxildir. İclaslarda Avropada QHT-lərin fəaliyyəti, Bosniya və Herseqovinanın AŞPA qarşısındakı öhdəlikləri, 2017-ci il üzrə AŞPA-nın monitorinq prosedurlarının təkmilləşdirilməsi, Monteneqro və Gürcüstana faktaraşdırıcı səfərlərin nəticələri, Avropada demokratik təhlükəsizliyin qorunması, Belarusda və Misirdə vəziyyət, Liviyanın gələcəyi, Fələstin-İsrail probleminin ortaq həll yolu, Avropa Parlamenti ilə əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında deputat Vüsal Hüseynovun “İşgəncə və ölüm cəzası üçün istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений