Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ağsuda iki uşağı maşın vurdu



Ağsu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APAxəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“QAZ 3110” markalı minik avtomobili yolu keçən iki uşağı vurub. Hadisə zamanı ağır xəsarətlər alan uşaqlar Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений