Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsraildən vəliəhdə dəvət



Qüds böhranı ilə əlaqədar İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının davam etdiyi bir vaxtda İsrail əks “hücuma” keçib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İsrail Kəşfiyyat naziri Yisrael Katz, Fələstin – İsrail danışıqlarına dəstək vermək üçün Səudiyyə Ərəbistanı krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı ölkəyə dəvət edib.

Katz S.Ərəbistanının ərəb dünyasının lideri olduğunu bildirib və Qüds məsələsində onları da görməkdən məmnun olacağını qeyd edib.

Qeyd edək ki, İsrail və S.Ərəbistanı arasında diplomatik münasibətlər bərpa edilməyib. Lakin son aylarda iki ölkə arasında İrana qarşı gizli əməkdaşlığa start verilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений