Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

ABŞ neft bazarını çalxalayacaq - GÖZLƏNTİ



İqtisadiyyatı böyük ölçüdə neftdən asılı olan ölkələr üçün dünya bazarında neft qiymətlərinin hansı səviyyədə dəyişməsi böyük önəm kəsb edir. Təsadüfi deyil ki, 2015-ci ildə dünya bazarında neft qiymətlərinin 29 dollara qədər kəskin ucuzlaşması məhz neftdən asılı ölkələrdə devalvasiya və ciddi maliyyə böhranları ilə müşahidə olundu. Bu baxımdan növbəti illərdə xüsusilə də neft qiymətlərinin hansı səviyyədə olacağı ilə bağlı səslənən fikirlər diqqətlə izlənilir. Məlumdur ki, son illər neft bazarında qiymətlər birbaşa olaraq ABŞ-ın diktəsi ilə formalaşır. Belə ki, ABŞ-ın son proqnozlarına görə “Brent” markalı xam neftin bir barelinin bu il üçün orta qiyməti 54 dollar olacaq.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) aylıq hesabatında deyilir. Hesabata görə, “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin bu il 54 dollar, gələn il 57 dollar səviyyəsində olacağı nəzərdə tutulur. Bu proqnoz EIA-nın əvvəlki hesabatındakı proqnoz ilə müqayisədə 1 dollar/barel çoxdur. EIA noyabr ayındakı proqnozunda “Brent”in bu il üçün orta qiymətinin 53 dollar, 2018-ci ildə isə 56 dollar olacağını planlaşdırırdı.

Maraqlıdır, növbəti ildə neft qiymətləri hansı koridorda dəyişəcək? Ciddi şəkildə ucuzlaşmalar görə bilərik?

İqtisadçı-ekspert Fuad İbrahimov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, növbəti illərdə ciddi dəyişikliklər baş verməyəcək: “Bunu dəqiq demək çətindir, sadəcə olaraq proqnoz vermək olar. Hər bir ekspertin tədqiqat sahəsi var. Ancaq tədqiqatlar institusional dəyərlərdən kənara çıxmamalıdır. Təbii ki, söhbət qəbul olunmuş institusional dəyərlərdən gedir. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, bu gün qiymətlərə daha çox təsir göstərən elektron ticarət platformalarında gedən proseslərdir. Şübhəsiz ki, hər hansı siyasi və ya təbii katakilizmlər qiymətin əmələgəlmə prosesinə öz töhfəsini verir.

Bu zaman impulsiv qiymət oynamalarını müşahidə etmək olur. Ancaq institusional səviyyədə vəziyyətin normal olduğu halda gərək elektron ticarət platformalarına diqqət yönəltmək lazımdır. Bu baxımdan hazırkı vəziyyət onu göstərir ki, 2018-ci il və 2019-cu ilin ilk yarısında artım qeydə alına bilməz. Əgər artım baş verəcəksə, bu o, deməkdir ki, bu günə qədər aparılan iqtisadi təhlillər düzgün aparılıb. Bu nöqteyi-nəzərdən onu deyə bilərəm ki, daha çox 2018-ci ildə neft qiymətlərinin aşağı düşməsini proqnozlaşdırmaq olar. Mövcud vəziyyətə uyğun olaraq neft qiymətləri 2018-ci ildə müəyyən bir dəhlizdə, 45-59 arası üfüqi dalğalanacaq”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений