Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu



Azərbaycan cüdoçusu İrina Kindzerskaya Dneprepetrovsk şəhərində keçirilən Ukraynanın Mütləq Çempionatının qalibi olub.

Report-un məlumatına görə, ukraynalı legioner finalda yerli idmançı Anastasiya Sapsayı yenib.

26 yaşlı cüdoçu bildirib ki, rəqiblərini təcrübəsi hesabına və onları yaxşı tanıdığı üçün məğlubiyyətə uğradıb: "Biz birgə böyümüş və məşq etmişik".

Kişilər arasında mütləq çempion adını isə Yakov Xammo əldə edib. 50-dək cüdoçunun qatıldığı çempionatın ümumi mükafat fondu 15 min dollar olub.

İrina Kindzerskaya Azərbaycan vətəndaşlığını mayda qəbul edib. 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kindzerskaya "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında fərdi və komanda mübarizəsində gümüş, dünya çempionatında isə bürünc medal qazanıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений