Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Razi Nurullayevdən pensiya yaşı təklifi: Qadınlar 77,  kişilər 88... 



AXCP sədri nazirdən və deputatdan cavab gözləyir

“Hamı narazılıq edir ki, niyə pensiya yaşı qaldırılır. Başa düşmürlər ki, 55-60 yaşda pensiyaya çıxmaq sovetlərdən qalmadır. Bizim bəzi başbilənlər düzgün düşünürlər. Pensiya yaşı 67-yə yox, 77-yə qaldırılsın”.

Cebhe.info xəbər verir ki, bunu AXCP sədri Razi Nurullayev  ölkəmizdə qadın və kişilərin pensiya yaşının 65-ə qaldırılmasına münasibətdə deyib. 

Partiya sədri bildirib ki, Azərbaycanın çox məsələdə analoqu yoxdur: “Pensiya məsələsində də dünyada analoqu olmayan bir addım ataq. Qadınlar 77, kişilər 88 yaşında pensiyaya çıxsınlar. Bu təklifin nazir Səlim Müslümov, deputat Hadı Rəcəbli və mənim tərəfimdən parlamentə göndərilməsini təklif edirəm. Hər iki möhtərəm şəxsin cavabını gözləyirəm”.  R.Nurullayev qeyd edib ki, sözügedən şəxsələr 3 gün ərzində cavab verməyəcəyi təqdirdə  təklifi öz adından verəcək: “Qoşulmaq istəyənlər də qoşulsun”. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений