Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Güney Azərbaycanın daha bir əyalətində xalqa atəş açıldı: Ölü və yaralılar var - VİDEO



Dekabrın 31-də İranın bir neçə şəhərində molla rejiminə və hakim ruhanilərə qarşı kütləvi etirazlar gecə saatlarına qədər davam edib.

Cebhe.info xəbər verir ki, paytaxt Tehranın Firdovsi meydanında toplaşan etirazçılar “Xamneyiyə ölüm”, “Diktatora ölüm”, “Xamneyi! Abır-həyan olsun, utan xəcalət çək, hakimiyyətdən əl çək” və digər şüarlar səsləndirərək İranın dini liderinin hakimiyyətdən getməsini tələb ediblər. Hüquq-mühafizə qüvvələri etirazçıları dağıtmaq üçün dəyənək və su şırnaqlarından istifadə etsə də, buna nail ola bilməyib və etirazlar gecə saatlarına qədər davam edib. Etirazlarda onlarla aksiyaçının tutularaq naməlum istiqamətə aparıldığı bildirilir.

Etirazlar həmçinin Kərəc, Əhvaz,  Kirmanşah və Güney Azərbaycanın Həmədan əyalətinin Tuyserkan şəhərində də davam edib. Tuyserkanda isə hökumət qüvvələri “Xamneyiyə ölüm” şüarları səsləndirən gənc etirazçılara odlu silahlardan atəş açıblar. Atəş nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı bildirilir. Hazırda Tuyserkanda vəziyyətin çox gərgin olduğu və onlarla aksiyaçının yaxalandığı qeyd olunur.

Xatırladaq ki, İranın 30-a yaxın şəhərində ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, rejimin daxili və xarici müdaxiləçi siyasətinə qarşı keçirilən etirazlarda axund Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı ölüm şüarları səsləndirilib. Etirazlar davam etdir.

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений