Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lotu Qulinin gözü qarşısında dava: “Oğru” masa başında bıçaqlandı 



Azərbaycanlı “qanuni oğru” Rəşad Gəncinski son zamanlar ikinci dəfə hədəf olub.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, Abxaziyada aldığı güllə yarasından sonra Rəşad Gəncinski yenidən həkimə müraciət edib. Bu dəfə ona bıçaqla hücum edilib. Ancaq bu dəfə hücum edənlərin qəsdi onu öldürmək olmadığından Gəncinski ilkin tibbi müdaxilə ilə kifayətlənib. 

Gəncinskini vuran şəxsin İlham Hacıyev olduğu deyilir. İkinci Gəncinskinin onun ünvanına səsləndirdiyi xoşagəlməz ifadələrə belə qarşılıq verib. Hadisə isə Lotu Qulinin gözü qarşısında, onların birgə əyləşdikləri masada baş verib. 

Qeyd edək ki, azadlığa buraxıldıqdan sonra tez-tez gündəmə gələn Lotu Quli ləqəbli Nadir Səlifov budəfəki davada tərəfləri sakitləşdirib və Gəncinskini işlətdiyi ifadələrə görə tənbeh edib. Gəncinskini vuran İlham Hacıyev hələlik “oğru” olmasa da, Lotu Qulinin yaxın dostudur. Rəşad Gəncinski isə Lotu Qulinin yaxın adamlarından olsa da, onunla şəxsi dostluğu yoxdur. Baxmayaraq ki, Gəncinskini “Gəncə nümayəndəsi” təyin edən də məhz Lotu Quli olub. Ancaq deyilənlərə görə, Rəşad Gəncinski ancaq Lotu Qulinin tapşırıqları ilə hərəkət edir. 
Hadisədə adı hallanan İlham Hacıyevin yaxın günlərdə “taclandırılacağı” gözlənilir.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений