Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xoşqədəmin verilişində qalmaqal: “Sən yaşamamalısan”- Hüquq müdafiəçiləri yaşlı atanı efirdən qovur- VİDEO



Aparıcı Xoşqədəm Hidayətqızının təqdimatı ilə yayımlanan “Səni axtarıram” verilişində yaşananlar növbəti dəfə səs-küyə səbəb olub.

Cebhe.info xəbər verir ki, sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan canlı yayım görüntülərində 6 övladını atan yaşlı ata hüquq müdafiəçiləri tərəfindən dinlənilmədən tənqid atəşinə tutulub.

Təxminən 75-80 yaşlarında olan Bayram kişiyə özünü müdafiə etməyə, övladlarından hansı səbəbdən imtina etdiyini izah etməyə imkan verilmir. Efirə çıxar-çıxmaz ataya ittiham dolu fikirlər yağdıran, top atəşinə tutan hüquq müfafiəçiləri yaşlı kişininin hətta yaşamağa haqqı olmadığını bildirirlər. Bu isə sosial şəbəkələrdə ciddi müzakirə edilib. Sosial şəbəkə istifadəçilərinin fikrincə, atanın hərəkətinə bəraət qazandırmaq olmaz, amma istənilən halda bir insan olaraq onun da dinlənilməsinə şərait yaradılmalı idi. Hüquq müdafiəçiləri Şəfiqə Nağıyeva və Kəmalə Ağazadə onu dinləmək üçün səbr nümayiş etdirmək əvəzinə, atanı birbaşa ittiham edir, aşağılayıcı ifadələrlə yaşlı insanı az qala efirdən qovurlar. 

Bu azmış kimi verilişdə onun ünvanına “Nəyə gəlmisən, milyonlarla insanın sənə baxması üçün gəlmisən? Sənin qürurun, kişiliyin hanı? Sən necə insan, necə atasan? Sən deyirsən ki, neyləməliyəm? Sən ümumiyyətlə, yaşamamalısan...” kimi təhqir dolu ifadələr işlədilib. Hüquq müdafiəçilərinin bu qınağına qoşulan Bayram kişinin doğma oğlu  da atanı qəbul etməkdən imtina edib. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений