Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Qoduq əməliyyatı



Məlum məsələdir ki, indiki zamanda hər adam, hər saat bekar olmağa vaxt tapa bilmir. Söhbət məmurların pafosla: “Ölkədə işsizlik 2-3 faiz təşkil edir...” – dediyi səbəbdən deyil. Yəni, internetin sosial şəbəkənin müsibət yayıldığı və əli telefon tutan hərkəsin özünü sosial şəbəkəyə təpişdirməsindən gedir. Ölkəmizdə düz istiqamətdə çox az hallarda istifadə olunan şəbəkələr, hətta, bir neçə insanı öz işindan kənar qoyur. Bu xəstəlikdən əziyyət çəkənlərdən biri də mənəm və çalışacam sizə başıma gələn bir əhvalatı ərz edəm. Qoduq əhvalatını.

Facebook-da online alqı-satqı elənlarının tüğyan elədiyi zaman idi. Bir elan diqqətimi çəkdi. Elanda bir nəfər çox gözəl, yaraşıqlı uzunqulaq balasının şəkilini qoyub, satış elanı vermişdi. Qoduğun o qədər cəlbedici, yaraşıqlı idi ki, diqqətimi onun şəklindən ayıra bilmədim. Elan verilən sayta girib. Satıcının əlaqə nömrəsini götürdüm. Zəng etmədən öncə alacağıma qərar vermişdim. Çünki, qiyməti də çox ucuz idi. Cəmi 15 manata...

Nömrəni yığıb zəng elədim. Telefonun o başından qoyun-quzu mələrtisi səsinin fonunda təxminən orta yaşlı bir qardaş bərkdən "Alooo..." dedi. Salam-kalam elədikdən sonra. adamdan daha gözəl informasiya aldım. Bəh-bəy-bəh..! Satıcı mənim həmyerlimdir. Ağdam rayonunun Üçoğlan kəndi ərazisində yaşayır. Tanışlıq prosesi qurtardıqdan sonra aramızda belə bir dialoq başladı: 

- Qardaş, o qoduğa görə zəng etmişəm. 
- Hansına? 
- İnternetdə satışa qoyduğunuz qoduğa. Ağ, qara xalları olana... 
- Qaqa, onu satmışam. Amma onnan bir az iri, boz rəngdə biri var. Məsləhətli heyvandı. İstəyirsənsə gəl onu 17 manata verim apar. –Onun sözlərindən sonra nə baş verdiyini anlamışdım. Bu “igid” yaraşıqlı qoduğun şəkilindən istifadə etməklə özünün boz xotuğun (Xotuq uzunqulağın qoduqdan bir az yekə olan balasına deyirlər.) sırımaq isdəyir. Artıq zəng etmişdim deyə işi pozmaq da mənim öhdəmə düşürdü. Amma adama o qədər acıqlanmışdım ki, acılamaq belə fikirinə düşmüşdüm. Amma həmişəki kimi işimi zarafatla deməyə qərar verib satıcıya sual verdim:
- Yox, mən boz rəngi xoşlamıram. Başqa nə rəngləriniz var?
- Hansı rəngdə isdəyirsən?
- Məsəl üçün makroasfalt rəngdə var?
- Yox, qaqa o rəngdə yoxdu. Bircə boz rəng var. – deyib dirəşir. Sağollaşmaq isdəyirdim. Birdən qordaş telefonun o başından yenə guruldadı: 
- Qaqa, mənim nömrəmi yaz. 15 günə mənə zəng vur.
- Nəyə görə?
- Eşşəyimin biri boğazdır. (Boğaz hamilə heyvana deyirlər. -E.G.) 15 günə zada doğacaq. Allahın köməkliyi ilə əgər sən deyən rəngdə olsa, gəl apar. 
- Hə, elə olsa yaman yaxşı olar. – deyib, danışığı sonlandırdım.

Hadisədən sonra bilmirdim özümü, qoduq satanı, yoxsa belə elanları reytinq xatirinə buraxanları qınayım. Amma özümü qınadım. Hələ içimdə məni eşşəklə üz-üzə gətirən, qoduq sevdasını qamçılayıb, özümü tənbeh elədim: 

- Ay Elgün, axı sənə qoduq lazım idi? Tutalım ki, almısan harada saxlayacaqdın?

Xülasə, bu yaxınlarda yenə sosial şəbəkədə həmin əhvalatı mənə xatırladan – elə həmin qoduğun şəkilin gördüm. Elanda şəkli olan qoduğu deyirəm haa... 

Sonda isdərdim, uzunqulaqlar haqqında sizə bildiyim bir neçə bilgimi çatdırım. Həmişə insanların zülmünü çəkən uzun qulaqlar dünyanın ən gözəl gözünə sahibdirlər. Onlar o qədər səbrlidirlər ki, insanlar onun belində daşıdığı otdan ona bir yaba da olsun vermirlər, amma o dinmir. Əvəzində onun qarşısına digər iri buynuzlu heyvanların qabağından qayıdan otu verirlər yenə dinmir və yeyir. Dünyada ilk dəfə olaraq, əfqanstanlı hərbçilər uzunqulaqlardan döyüş texnikası kimi istifadə edib. Belə ki, ruslara qarşı müharibədə səfərbərlik edərək eşşəkləri toplayıb onun belində Minaatanlar quraşdırıb dağlarda döyüş əməliyyatları aparıblar. Uzunqulaqlar yerin səthin yaxşı bildiyi uçun keçmişdə mühəndislər dağlarda dolama yollar inşa edərkən uzunqulaqlardan istifadə ediblər və sair və ilaxır...

Elgün Gəncimsoy








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений