Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölüm yarışı: İntihar və dəm qazı: HANSI DAHA ÇOX CAN ALIR?



Havalar soyuyandan bəri dəm qazı can almaqda davam edir. Son vaxtlar tərslikdən intiharlar da çoxalıb. İlin əvvəlindən hər iki halla bağlı qurbanların sayı artır. Vəziyyət kritik duruma gəlib çatıb. Belə demək mümkündürsə, xeyli sayda can alan dəm qazı və intihar təhlükəsindən yaxa qurtarmaq mümkün olmur. Bu gün nə intihar, nə də dəm qazı boğulmalarının səbəblərindən danışacağıq. Bu barədə çox yazılıb və deyilib. Faciə budur ki, ölkədə nə dəm qazı, nə də intihar qurbanlarının sayı azalmır.

Maraqlıdır, dəm qazı, yoxsa intihar qurbanları artır? 

Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov “Cümhuriyət”ə açıqlamasında deyib ki, ilin əvvəlindən bu günədək dəm qazı ilə bağlı 14 nəfər müraciət edib ki, onlardan 7-si xəstəxanaya qəbul olunub: “Hamısına lazımi müayinə və müalicələr olunub. Evə buraxılıb. Dəm qazından ölüm halı olmayıb”.

Qeyd edək ki, yeni təqvimdən bəri dəm qazı 3 nəfərin həyatına son qoyub. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə Səbail rayon sakini 22 yaşlı Məhəmməd Daşdıyev yaşadığı evdə dəm qazından boğularaq ölüb. Daha sonra Mingəçevir sakini 26 yaşlı gənc dəm qazından boğularaq dünyasını dəyişib. Hadisə Şah İsmayıl Xətai küçəsi 15 ünvanında qeydə alınıb. 5 mərtəbəli binanın 4-cü mərtəbəsində kirayədə qalan Təbiət Zərbalıyev vanna otağında dəm qazından boğulub. Binada yaşayanların bildirdiyinə görə, dünyasını dəyişən gənc Yevlaxın Aran qəsəbəsində fəaliyyət göstərən şirkətlərdən birinin əməkdaşı olub. Digər dəm qazı ilə bağlı bədbəxt hadisə Hövsanda yaşanıb. 1986-cı il təvəllüdlü Fərzəliyeva Yeganə Elmar qızı yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. Qadının meyitini ailə üzvləri aşkar edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Suraxanı rayon şöbəsinə aparılıb.

Onu da əlavə edək ki, dəm qazından zəhərlənən, amma həyatları qurtulanlar da var. 

Belə ki, Goranboyun Səfikürd kənd sakini, 1995-ci il təvəllüdlü Həsənova Lalə dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, L.Həsənova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Digər bununla bağlı olay Şəkidə qeydə alınıb. Şəkidə Şəhriyar küçəsi ev 9 ünvanında yaşayan 1962-ci il təvəllüdlü Xuraman Nurəddin qızı Əkbərova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. Müayinə zamanı 56 yaşlı Xuraman Əkbərovanın yaşadığı ünvanda dəm qazından zəhərlənməsi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinin yerləşdirilən Xuraman Əkbərovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

İsmayıllı rayonunda da dəm qazından zəhərlənmə hadisəsi baş verib. Hadisə İsmayıllı şəhərinin Natavan küçəsindəki 36 saylı mənzildə qeydə alınıb. Rayon sakini 1990-cı il təvəllüdlü Əliyeva Könül Həsən qızı yaşadığı evdə dəm qazından zəhərləndiyi üçün təcili yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Günümüzün sosial bəlasına çevrilən intihar qurbanlarının sayı da artmaqda davam edir. İlin əvvəlində yadda qalan hallardan biri də o oldu ki, bir gündə 4 intihar olayı baş verdi. 2018-ci ilin 10 günü ərzində 5 intihar hadisəsi yaşanıb. Yanvarın təkcə 8-9-da Azərbaycanda 4 gənc intihar edib. 

Bərdə rayonu Əliyanlı kənd sakini, 23 yaşlı Səfərov Elvin Şamil oğlu özünü asaraq intihar edib. Ağdam rayonu Boyəhmədli kənd sakini Cəbiyev Hikmət Araz oğlu Quzanlı qəsəbəsində məskunlaşdığı evin həyətində özünü ağacdan asaraq intihar edib. Bakıda, "Ulduz" metro stansiyasında 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü qatarın altına ataraq intihar edib. Bakıda Lerik rayonundan olan 21 yaşlı Məlik Cahangirov özünü dənizə ataraq intihar edib. Növbəti intihar olayı Goranboy rayonunda yaşanıb. Goranboy şəhəri Səməd Vurğun küçəsində yaşayan 1970-ci il təvəllüdlü Alıyev Arif İmamqulu oğlu yaşadığı evdə özünü asıb. İlkin məlumata görə, onun külli miqdarda borcu olub. Yeni təqvimin ilk ongünlüyündə 3 nəfər dəm qazından, 5 nəfər isə intihar səbəbindən dünyasını dəyişib. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений