Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Qorxulu vəziyyətdir" - "Real"ın futbolçusu



"Biz bu cür nəticəyə layiq deyildik. Yaxşı oynadıq, sadəcə, top qapıya daxil olmadı. Bunu izah edə bilmirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri İspaniya La Liqasının 19-cu turunda "Vilyarreal"a 0:1 hesablı məğlubiyyətdən sonra "BBC"yə açıqlamasında "Real"ın müdafiəçisi Marselo deyib. Komandasının cari mövsümdəki uğursuz çıxışını dəyərləndirən braziliyalı futbolçu hazırkı vəziyyətin onları qəzəbləndirdiyini bildirib:

"Qorxulu vəziyyətdir, çətin duruma düşmüşük. Yaxşı futbol oynamağa çalışırıq, topla çox rəftar edirik., qapıya doğru zərbələr vururuq, amma alınmır. Bu isə bizi qəzəbləndirir. Hiss olunur ki, "Real" aşağı doğru gedir".

Qeyd edək ki, "Real" hazırda 32 xalla 4-cü pillədədir. "Kral klubu" lider "Barselona"dan 16 xal geri qalır. Əgər kataloniyalılar bu gün səfərdə "Real Sosyedad"ı məğlub etsələr, fərq 19-a çıxacaq.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений