Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Meksikada daha bir jurnalist qətlə yetirilib



Meksikanın Tamaulipas ştatında dərc edilən “Diario de Nuevo Laredo” nəşrində çalışan  jurnalist Karlos Dominqes qətlə yetirilib.  

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, K.Domonqes şəxsi avtomobilini idarə edərkən naməlum şəxslər tərəfindən öldürülüb. İnsident zamanı onun yanında qızının olduğu bildirilir. K.Dominqes siyasi mövzularda köşə yazılarının müəllifi olub.  

Baş Prokurorluq araşdırmalara başlayıb.

Bir neçə gün əvvəl Meksikanın paytaxtında tanınmış jurnalist Xose Xerardo Martines qətlə yetirilib.

Qeyd edək ki, Meksikada 2017 il ərzində 12 jurnalist öldürülüb. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений