Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi



"Bugünkü rəqibimiz yaxşı komanda idi. Hamısı hündürboy futbolçulardır. Əks-hücumlarda təhlükəli olurlar".

Rekord.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yuri Maksimov "Zirə" ilə yoxama oyunundan sonra deyib.

Ukraynalı mütəxəssis 2:1 hesablı qələbəni belə şərh edib: "Biz görüşə öz məqsədimiz üçün çıxmışdıq. Qarşımıza qalib gəlmək vəzifəsi qoymamışdıq. Əsas məqsəd futbolçuların necə oynaması və hansı mövqedə özlərini necə göstərmələridir. Onların güclü tərəflərini görmək istəyirdik. Yoxlama matçında qələbə önəmli deyil. Yaxşı olardı ki, çempionatda qalib gələk".

Rauf Əliyevin transferi məsələsi ilə bağlı sualı cavablandırmaq istəməyən Maksimov mövsümün sonuna qədər komandanı hazır vəziyyətə gətirməyə çalışdığını bildirib: "Yoxlama görüşlərində də vəzifəmiz qalib gəlmək olmur. Öz oyunlarımıza hazırlaşmaq istəyirik".

Y.Maksimov komandada çatışmazlıqlar olan mövqeləri açıqlayıb: "Mərkəz və dayaq yarımmüdafiəçisi mövqeyində axsama var. Futbolçular təkcə top almağı yox, həm də hücumları başlamağı bacarmalıdırlar".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений