Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

2256-cı ildən gələn adamın GİZƏMİ ÇÖZÜLMÜR: 350 milyon dolları 2 həftədə necə qazanıb?



2256-cı ildən, yəni gələcəkdən gəldiyini iddia edərək birjada rekord qazanc əldə edən Andrew Carlssinin sirri nədir? ABŞ-da Federal Təhlükəsizlik Xidməti əməkdaşları daxil olan  məlumatlaraa əsasən “Wall Street” birjaçısını  həbs edib izahatın almağa başlayıblar. 

Cebhe.info xarici mediaya istinadən xəbər verir ki, “səhm bazarının dahisi” 2256-cı ildən günümüzədək səfər etdiyini iddia edib. 

Təhlükəsizlik və Mübadilə Komissiyasının mənbələrinə əsasən, 44 yaşlı Andrew Carlssin həbsinə səbəb olan qeyri-adi birja bacarığını qəribə şəkildə açıqlamaqla kifayətlənib. Təhlükəsizlik əməkdaşları bu adam barədə deyir: “Bu, ya dəlinin biridir, ya da patoloji yalan hadisəsidir. Ancaq əlimizdə bir gerçək var ki, adam 800 dollarlıq sərmayə ilə başlayıb və 2 həftə içində sahib olduğu portfel 350 milyon dolları keçib. Fond bazarında həyata keçirdiyi bütün alqı-satqılar gözlənilməz hadisələrin məlumatlarına əsaslanır və bunu şans faktoru ilə izah etmək mümkün deyil. Bu məlumatlara sahib olmağın bir yolunu verin, əməliyyat apardığı şirkətlər haqqında daxildən məlumatları sızdırmaq qeyri-qanunidir. Bizə məlumat qaynaqlarını söyləyənə qədər onu Rikers adasında bir hücrədə saxlamağı düşünürük”.

Ötən il birjadakı dalğalanma bir çox investoru maliyyəsiz qoymuşdu. Amma buna baxmayaraq, Carlssin 126-dan çox riskli əməliyyatlar həyata keçirib və yüksək mənfəət əldə edib. Carlssin 200 il əvvəlki tarixdən, yəni, gələcəkdən günümüzə gəldiyini və o zamankı tarix və statistik mənbələrdə də günümzdəki birja dalğalanmasının detallı şəkildə yazıldığını iddia edib. Carlssinə görə, bu fürsətə müqavimət göstərmək çox çətindir: “Əslində hər şeyin adi və təbii görünməsi üçün bütün detalları planlaşdırdım. Bilirsiz, sağda-solda bir neçə dolları bilə-bilə itirəcəkdim və beləcə normal bir investor görüntüsü yaradacaqdım. Ancaq son anda yaxalandım".

Çox sorğu-suala məruz qalan Carlssin Usamə bin Ladenin taleyi və İŞİD-in zülmü kimi tarixi gerçəkləri də izah edə biləcəyini söyləyib. Onun tək tələbi zaman maşınına minməsinə icazə verilməsi olub. Lakin Carlssin maşının harada olduğunu deməyib və bunun necə işlədiyini izah etməyib: "Bu texnologiya pis qüvvələrin əlində keçə bilər".

Səlahiyyətlilər bu adamın iddialarının yalan olduğunu qəbul edirlər. Təhlükəsizlik rəsmisi etiraf edib ki, əllərində olan bütün federal qeydləri araşdırıblar: “Andrew Carlssin adlı bir adam yoxdur və 2002-ci ilin dekabrından öncə belə bir şəxsin bir şeylər etdiyini sübut edən heç bir qeydə rastlanmayıb ”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений