Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Şəbnəm Tapdıq Şəbnəm Tovuzludan danışdı: "Gizlətmir, özü deyir ki..."



Qəribə davranış və açıqlamaları ilə haqqında hər zaman söz etdirən əməkdar artist Şəbnəm Tapdıq yenidən gündəmdədir.

Müğənni Cebhe.info-nun müxbiri ilə söhbətində özünün əzəli mövzusu olan yəni adından danışıb.

Bu adın eksklüzivliyini dönə-dönə vurğulayan Şəbnəm xanım həmkarı Şəbnəm Tovuzludan da söz açıb.

“Şəbnəm Tovuzlu qəlbi təmiz, açıq adamdı. Gizlətmir, özü deyir ki, mən Şəbnəm Tapdığın adını daşıyıram. Mənə bu gözəl adı atam verib. Göz yaşlarımdan yaradıb bu adı. Mən körpə olan zaman çox ağlağan olmuşam. Atam da mənə şeir qoşub:

Görüb şəbnəmləri gül yanağında,
Sənə Şəbhəm dedik, könlümüz güldü.

Atam mənim göz yaşlarımı şeh damlasına bənzədirdi. İndi mən nə biləydim ki, vaxt gələcək, adım bütün respublikaya yayılacaq”, - deyə Tapdıq qeyd edib.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений