Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

AXCP seçkiyə hazırlığa start verdi: 45 min imza necə toplanacaq?- Ali Məclisin sədri



Növbədənkənar prezident seçkiləri təyin olduqdan sonra partiyalar bir-birinin ardınca qərar verir. Seçkidə iştirakı  rəsmən bəyan edilən və namizədliyi Ali Məclis tərəfindən irəli sürülən siyasilərdən biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayevdir.

Qeyd edək ki, prezident seçkilərində namizədliyin qeydə alınması üçün minimum 45 min imzaya ehtiyac var. AXCP-də bu mərhələyə hazırlıq prosesi ilə bağlı Cebhe.info-nun sualını AXCP Ali Məclisinin sədri Rafiq Daşdəmirli  cavablandırıb. O, imza toplamağın problem olmayacağını deyib:

“AXCP olaraq Razi Nurullayevin namizədliyini irəli sürdük. Seçkilərdə iştirak etmək fikrimiz qətidir. Doğrudur, AXCP qeydiyyata alınmadığı üçün Razi Nurullayev təşəbbüs qrupunun namizədi kimi seçkilərə gedəcək. Biz partiya olaraq sədrimizi tam dəstəkləyəcəyik. Namizədliyin qeydə alınması üçün lazım olan imzanı toplamaqda hesab edirəm ki, heç bir çətinlik olmayacaq.

Çünki biz hələ 2016-cı ildən prezident seçkilərində iştirak edəcəyimizi bəyan etmişdik və bu istiqamətdə müəyyən işlər aparırdıq. Digər tərəfdən, bizim əksər rayonlarda şöbələrimiz fəaliyyət göstərir. Hər şöbə təmsil etdiyi rayondan 1000 imza alsa, qeydiyyat üçün lazım olan imzanı toplamış oluruq. Digər tərəfdən, bir siyasi partiya üçün 45 min imza toplamaq çətin deyil, əslində də çətin olmamalıdır”. 

AXCP yetkilisi seçki qərargahının yaradılacağını da deyib: “Bu günlərdə bununla bağlı qərar verəcəyik. Artıq seçkidə Razi Nurullayevin namizədliyi ilə iştirak etmək haqqında qərarı açıqlamışıq. Bu istiqamətdə lazım olan bütün işlər görüləcək”. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений