Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Putinin “pul dağarcığı” olan milyarderlər: Onların Azərbaycanda nəyi var?



Amerika Birləşmiş Ştatlarında hazırlanmış (ABŞ) "Kreml hesabatı" adlı sənəd qanunverici orqana təqdim edib.

Sənəd Rusiyanın yüksək vəzifəli məmurların da daxil olduğunu 210 nəfərə qarşı sanksiya tətbiqini ehtiva edir. Sənəddə həmçinin Rusiya vətəndaşı olan oliqarxların (varidatı 1 milyard dollardan çox olan iş adamlarına) da adı çəkilir ki, onların içərisində əslən Azərbaycandan olan 5 iş adamı var. Belə ki, "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov, “Krokus” biznes imperiyasının və eyni adlı bankın sahibi Araz Ağalarov,  “Kiyevskaya Ploşad” holdinqinin rəhbəri Qod Nisanovun və milyarder Fərhad Məmmədovun da adı ABŞ-ın “Kreml hesabatı” adlı sanksiya sənədinə salınıb.

Maraqlıdır ki, azərbaycanlı oliqarxların doğma vətənlərində fəaliyyət sferası hansı faiz nisbətindədir? Ümumiyyətlə, adıçəkilən şəxslər Azərbaycanda mal-mülk sahibidirlərmi?

Məlumdur ki, "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycanda fəaliyyət göstərən milyarderlər sırasındadır. Bu gün ölkənin əksər yerlərində bu şirkətin xeyli sayda yanacaqdoldurma məntəqələrinə rast gəlmək mümkündür. Bakıda “LUKoyl”ın ofisi və digər bir çox obyektləri var. Ümumiyyətlə, bu şirkət Azərbaycanda fəaliyyət sferası daha genişdir. Belə ki, “LUKoyl”ın törəmə şirkəti olan "LUKoyl Overseas Shah Deniz"in Azərbaycanın Xəzərdəki "Şahdəniz-2" yatağında payı var. Xatırladaq ki, "LUKoyl" "Şahdəniz" yatağında 10 faizlik paya malikdir. Bu yataqdan çıxarılacaq qaz 2019-cu ildən etibarən TANAP və TAP boru kəmərləri ilə Avropaya nəql olunmalıdır. Şirkətin layihədə iştirak payı 10 faizdən yuxarı olmadığı üçün ABŞ-ın tətbiq etdiyi sanksiyaların Azərbaycana təsiri olmayacaq.

Qeyd edək ki, sanksiya sənədi Rusiya şirkətlərinin layihələrdə iştirak payı 30 faizdən yuxarı olanlara şamil edilir. Vahid Ələkbərov Azərbaycanda biznes fəaliyyəti ilə yanaşı şəxsi mülklərinin olduğu da deyilir. Qeyd edək ki, Vahid Ələkbərovun Azərbaycanda fəaliyyət göstərən bankların birinin, “Nikoil Bank”ın sahibi olduğu  deyilir.

Daşınmaz əmlak maqnatı Araz Ağalarovun isə Bakıda fəaliyyətinə dair heç bir rəsmi məlumat olmasa da, ehtimal edilir ki, onun  Bakıda da biznesi var. Məlumatlara görə, böyük market şəbəkələrindən biri məhz Araz Ağalarova məxsusdur.  Ağalarovun sahib olduğu marketlər şəbəkəsinin bir neçə dəfə adı dəyişdirilib.

“Kiyevskaya Ploşad” holdinqinin rəhbəri Qod Nisanov Quba dağ yəhudilərindəndir. İlk biznes fəaliyyətinə isə məhz Azərbaycandan başlayıb. Belə ki, təhsilini bitirəndən sonra Qod ailəsinin əlaqələri sayəsində neft biznesinə daxil ola bilib.  Həmin vaxt o, Azərbaycan neftinin nəqli ilə məşğul olub və satışların müəyyən bir qisminə nəzarət edib. Ancaq sonradan məlum olduğu kimi, Qod Nisanov biznesini Rusiyaya daşıyıb. Hazırda Qod Nisanov “Kiyev meydanı” şirkətinin və “Saffa İnstruments” ASC-nin idarə heyətinin sədridir. Ehtimal olunur ki, Qod Nisanovun Qubanın “Qrımızı qəsəbə” adlanan ərazisində və Azərbaycanın bir çox yerlərində mülk sahibidir. Ancaq rəsmi olaraq milyarderin Azərbaycanda fəaliyyəti haqqında heç bir məlumat yoxdur. Digər ehtimallara görə, Qod Nisanov Bakıda bir neçə şirkətdə səhm sahibidir.

Milyarder Fərhad Məmmədov haqqında isə heç bir məlumat yoxdur.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений