Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müsavat seçkini müzakirə edir: İsa Qəmbər qərarını açıqlayıb - YENİLƏNİR



Xəbər verdiyimiz kimi, bu gün Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirakla bağlı Məclisin iclasını keçirir. 

Cebhe.info xəbər verir ki, Məclisin gedişatında çıxış edən sabiq başqan və partiya tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İsa Qəmbər, Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı və digərləri boykot tərəfdarları olduqlarını deyib.

Məclisdə çıxışlar davam edir və hələ yekun qərar verilməyib. Amma çıxışlardan görünür ki,  boykot tərəfdarları üstünlük təşkil edir. İclasın gedişatında ciddi dəyişiklik baş verməsə, Müsavat Partiyası da seçkidə iştirakdan imtina qərarı verəcək. 

Vilayət Muxtar 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений