Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Diktatorun “düşmən qardaş”ın evinə göndərdiyi gözəllər ordusu: Ailələri nəzarətdə, özləri əyləncədə - FOTOLAR



Hər şey 7 fevraldan etibarən başlayıb. 200-dən artıq qırmızı geyimli gənc şimali koreyalı xanım Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında komandalarına azarkeşlik etmək üçün gedib. Bura qədər hər şey normaldır, ancaq bu gözəl qızların Şimali Koreyadan gəldiyini düşünəndə, vəziyyət dəyişir. 

Cebhe.info xəbər verir ki, dünyaya qapalı olan ölkənin azarkeşləri "düşmən qardaşın" evinə gedənə qədər xeyli çətin yoldan keçiblər. 

Sıra ilə düzlənmiş şəkildə Cənubi Koreyada aeroportda yerə enən gənc qızlar "gözəllər ordusu" adlandırılıb. Bu orduya qəbul olunmaq üçün ilk növbədə gözəl və vətənsevər olmaq şərtdir. Barəsində ən kiçik bir şübhə olan şəxs bu orduya seçilə biməz. Əsasən 20 yaşlarındadırlar və universitetlərdən, eləcə də musiqi məktəbindən seçiliblər. Qızların ailələri də nəzarət altındadır və övladlarının hərəkətlərinə görə cavabdehlik daşıyırlar. Buna görə də adətən diktator Kim Çen Ina sadiq ailələrdən seçiliblər. Digər tələb isə qızların boyunun ən azı 1,6 m olmasıdır. 

Cebhe.info xatırladır ki, Şimali Koreyanı Qış Olimpiya Oyunlarında 24 idmançı təmsil etsə də, onlara azarkeşlik edən gözəllərin sayı bundan 10 dəfə çoxdur.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений