Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan Gürcüstanın üçüncü əsas avtomobil idxalçısıdır



2017-ci ildə Azərbaycan Gürcüstandan ən çox minik avtomobili idxal etmiş üçüncü ölkə olub.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, ötən il Azərbaycan qonşu ölkədən 4 555 ədəd avtomobil idxal edib. 2017-ci ildə Gürcüstandan ən çox minik avtomobili (14 367 ədəd) Ermənistana ixrac olunub. İkinci ən böyük avtomobil idxalçısı 6 186 ədədlə Ukrayna olub.

Ötən il Gürcüstandan ümumilikdə 29 357 minik avtomobili ixrac olunub ki, bu da 2016-cı illə müqayisədə 13,7 min ədəd çoxdur. İxrac olunmuş avtomobillərin ümumi dəyəri 234,884.9 min dollar təşkil edib.

Gürcüstanın avtomobil idxalçıları cari ildə ölkədən ixrac olunan avtomobillərin sayının azalacağını proqnoz edirlər. Onlar bunu 2018-ci ildə Azərbaycan və Ermənistanda qüvvəyə minmiş tənzimləmələrlə əlaqələndirir. Belə ki, cari ilin yanvarın 1-dən etibarən Azərbaycan dövləti idxal edilən minik avtomobillərinə yeni gömrük rüsumları tətbiq edir. Ermənistanda isə cari ilin aprel ayının 1-dən sağ sükanlı avtomobillərin idxalına qadağa qoyulacaq. 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений