Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Bakı metrosunda bədbəxt hadisə: qadın qatarın altına yıxıldı



Bu gün axşam saatlarında Bakı metrosunda bir qadın qatarın altına yıxılıb.

Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

N. Paşayev hadisənin intihar olmadığını qeyd edib: "Saat 18:49 dəqiqədə Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına "İnşaatçılar stansiyasında” bir xanım düşüb. Qatarın hərəkətində 5 dəqiqə gecikmə olub İntihar hadisəsi deyil. Qatar yoluna düşən qadının 1976-cı il təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı olduğu müəyyən edilib.” O, xanımın ciddi xəsarət almadığını və hadisə yerinə təcili tibbi yardımın da gəldiyini sözlərinə əlavə edib: "45 yaşında epilepsiya xəstəliyi olan bir xanımdır. Sudurğa tutub, yıxılıb. Xanım xəstəxanaya aparılıb.”

Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений