Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Boykot müxalifəti”:Siyasi səhnədən çıxır



Ənənəvi müxalifət partiyaları 2018-ci il prezident seçkilərini də boykot edəcək. Artıq Milli Şura, Ümid və Müsavat öz qərarını açıqlayb.Ənənəvi müxalifət boykot qərarı verməklə bu dəfə də seçkini kənardan izləməyi seçdi.Siyasi ekspertlər ənənəvi müxalifətin boykot qərarını sərt tənqid edir

Hesab olunur ki, mövcud reallıqda boykot qərarının heç bir əhəmiyyəti olmayacaq.Əslində siyasi partiyaların fəaliyyəti seçkilərdə iştirak edib, uğur qazanmaqdan ibarət olmalıdır.Əgər bir siyasi təşkilat seçkidə iştirakdan imtina edirsə, demək bu, zəiflik, inamsızlıq əlamətidir.Maraqlıdır, əgər bir siyasi təşkilat boykot qərarı verirsə, onun partiya kimi fəaliyyət göstərməsinin nə mənası var

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev “Cümhuriyət” qəzetinə deyib ki, boykot ənənəvi müxalifətin həmişəki adətidir və düşərgə bu pis şakərdən qurtula bilmir. AXCP yetkilisi həmçinin vurğulayıb ki, ənənəvi müxalifət 20 ildən çoxdur bu uğursuz "taktika"nı davam etdirir:

“Onlar seçkini boykot etməklə ölkənin taleyüklü məsələsinə biganə yanaşırlar. Sizə elə gəlir ki, ənənəvi müxalifət sadəcə, seçkini boykot etdi?Xeyr, bu, aysberqin görünən tərəfidir.Görünməyən tərəfi isə onlar bu seçkini boykot etməklə hakimiyyət dairələrilə "bazarlıq" etmək istəyirlər.

Bu, xalqa xəyanətdir.Siyasətbazlıq nəyə lazımdır? İllərdir bu siyasi səbatsızlıq  davam edir. Bu səbəbdən də onlar partiyalarını qoruyub saxlaya bilmirlər.Hər seçkidən sonra düşərgələrində "yarpaq tökümü" baş verir.  Ətraflarında qalanlar isə düşüncələri 90-larda  qalanlardı. Zəiflik, siyasi iradəsizlik onların saçlarını ağartdı.İndiki məqamda seçkiyə getmək, insanlarla görüşmək, TV imkanlarından istifadə etmək, xalqa sözünü demək, təbliğat aparmaq, ölkəni sosial problemlərin caynağından çıxarmağın yolunu tapmaq lazımdır.Seçki bu imkanları verirsə, niyə də bu imkandan imtina edək?Susmaqla heç bir divident qazana bilməzsən.AXCP seçkilərə getməklə bu imkanlardan istifadə edəcək.Bu bizim üçün bir fürsət idi və inamla seçkilərə gedəcəyik.Xalq AXCP sədri Razi Nurullayevə inanır”.

“Boykot qərarının heç bir əhəmiyyət yoxdur

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı boykot qərarı verən şəxslərin Azərbaycan cəmiyyətində nüfuzunun çox aşağı olduğunu deyib

“Rəsmi qeydiyyatda olan 55 siyasi partiya var. Onlardan 2-3 təşkilat boykot qərarı  verib. “Yurd” sədri Əli Kərimli və Müsavat Partiyası bu cür bəyanatla çıxış edib.Bu da qeydiyyatda olan siyasi təşkilatlarla müqayisədə heç 1 faiz eləmir.Onların cəmiyyətdə heç 1 faiz dəstəyi belə yoxdur.Onların keçirdiyi aksiyalara diqqət yetirsək, iştirakçı sayı 1000-2000 nəfərdən yuxarı olmayıb. Amma Azərbaycanda 5 milyondan çox seçici, 10 milyon əhali  var. Ona görə də boykot qərarının heç bir xeyri olmayacaq. Bu qərarın mahiyyəti yalnız özlərini təcrid etməkdən ibarətdir.Ümumiyyətlə, siyasi təşkilat üçün boykot qərarı heç bir ağıla, məntiqə sığmır.Siyasi partiyaların fəaliyyət istiqaməti siyasətlə məşğul olmaqdır.Partiya eyni əqidəyə, məsləkə, prinsiplərə sahib insanların toplaşdığı bir qurumdur.Partiya siyasi proqramını, platformasını cəmiyyətə çatdırmalı və hakimiyyətə gəlməlidir.Siyasi partiyanın mahiyyəti platformasını sivil formada cəmiyyətə təqdim edib uğur qazanmaqdır.İstər prezident, istər parlament, isdərsə də bələdiyyə seçkilərində fəaliyyət istiqaməti bundan ibarət olmalıdır.İkinci bir yol yoxdur. Boykot qərarı verən şəxslərə sual edirəm: Bəs onda siz nə ilə məşğulsuz? Yəni, siyasətdə uğur qazanmağın yolu seçkidə iştirak etməkdirsə və siz bundan imtina edirsizsə, bundan sonra nə qazanacaqsız?Əslində seçkidə iştirak da özünəinamdan irəli gəlir.Daha açıq formada demək istəyirəm ki, növbədənkənar seçkilərin təyin olunması boykot qərarı verənləri çox pis hala saldı.Həmin qüvvələr 45 min imza toplamaq gücündə olmayanlardır.Bizim partiya və lideri seçkidə hər zaman iştirak edib və BAXCP-nin çox böyük seçki təcrübəsi var. Qüdrət Həsənquliyevin imzatoplama kampaniyasında sədr müavini kimi çox yaxından iştirak etmişəm.Çox ağır və çətin prosesdir.Qanunvericiliyə uyğun olaraq ən azı 60 dairədən imza toplanmalıdır.Nəzərə alsaq ki, ölkədə 125 dairə var və bu, yarısı deməkdir.Boykot qərarı verənlər bunu tələb olunan imzaları toplaya bilməyəcəklərinə hesabladılar.Bir daha qeyd edirəm ki, boykotlarinin heç bir əhəmiyyəti yoxdur və onların təsir imkanları heç 1 faiz civarında deyil”.

“Seçki oktyabrda olsaydı,yenə baykot edecekdilər

AG Partiya sədrinin müavini Əhəd Məmmədli də boykotun ən uğursuz siyasi mübarizə üsulu olduğunu deyib:

“Çox yaxın tariximizə nəzər yetirsək görərik ki, boykot ən uğursuz taktikadır. Müxalifət indikindən qat-qat güclü olduğu 1998-ci ildə də seçkini boykot etdi, lakin heç nəyə nail olmadı.Hakimiyyət  seçkiləri də keçirdi, seçkidə qalib gələnin leqitimliyi də tanındı. ənənəvi müxalifət 2008-ci ildə yenə seçkini boykot etdi və yenə heç nəyə nail olmadı. Hakimiyyət rahatca seçkin keçirdi, legitimliyi də tanındı. Azərbaycan müxalifətinin boykot taktikası  özünü demokratik  dünyada heç vaxt tanımayıb. İndiki boykot qərarı sadəcə zəifliklərini ört-basdır etmək üçün uğursuz bəhanədir.Əgər oktyabrda seçkilər olsaydı, sizi əmin edirəm, həmin güvvələr yenə boykot qərarı verəcəkdi.Aprel ayı sadəcə, bunlar üçün bir bəhanədir. Çünki gözəl bilirlər ki, seçkilərə getsələr, xalq onların dalınca getməyəcək, çox az faiz səs toplayacaqlar. Bunun üçün də seçkilərdən imtina etdilər. Ənənəvi müxalifətin erası  bitir və bu qərarla bu prosesi  daha da tezləşdirdilər”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений