Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

2500 manat bu körpənin həyatını xilas edəcək - VİDEO



2500 manat bəlkə də kimlər üçünsə bir neçə günlük xərcdir. Bu pula illərlə həsrət qalan Ələsgərovlar ailəsi məhz bu səbəbdən sağlamlıq məhdudiyyəti olan övladlarının qarşısında gözüyaşlı qalıblar.

2012-ci il təvəllüdlü Ələsgərli Fatimənin yardıma ehtiyacı var. 

Cebhe.info-ya danışan ana Şəbnəm Ələsgərovanın sözlərinə görə, 1 yaşından etibarən qızında bu xəstəliyi aşkarlayıblar. Zamanla Fatimənin ayaq damarları daha da yığılır ki, bu da onun ayaq açmasına mane olur. Ananın sözlərinə görə, xəstəliyin adı mikri sefalyadır. Övladını bir neçə həkimə göstərdiyini deyən Ə.Şəbnəmin sözlərinə görə, 2500 manat lazımdır ki, balası sağalsın, ayağa qalxsın. Həyat yoldaşının çörək sexində işlədiyini deyən Ə.Şəbnəm maddi durumlarının çox ağır olduğunu söyləyir. İki uşaq anası olan Ş. Ələsgərova növbəti övladına da hamilədir. Onun sözlərinə görə, Fatimə ana bətnində olarkən imkansızlıqdan həkimə gedə bilməyib, uşağın inkişafı haqda məhz bu səbəbdən də məlumatsız olub. 

Sadəcə, 2500 manat bu azyaşlını sağlamlığa, gözəl həyata qovuşduracaq, ayaq üstdə gəzməyin zövqünü yaşadacaq. 

Cebhe.info yardım etmək istəyənlər üçün bank rekvizitlərini təqdim edir:

Nigar Məhərrəm
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений