Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əri istədi deyə özünü tanınmaz hala saldı - FOTO



Çoxsaylı plastik əməliyyatlardan sonra "Pişik qadın” adı ilə tanınan 77 yaşlı Coselin Vildenşteyndən xəbər var.

Unikal.org-un xarici KİV-ə istinadən xəbər verir ki, bu günə qədər əməliyyatlarına 5 milyon sterlinq xərcləyən Coselin bundan sonra da bıçaq altına uzanmaq fikrindədir.
Dizayner Lloyd Klyanla ailə qurmağa hazırlaşan qadın üzündə daha bir neçə estetik əməliyyat etdirmək istəyir.

Qeyd edək ki, Vildenşteyn illər əvvəl ərinin çox sevdiyi pişiklərə bənzəməkdən ötrü plastik cərraha müraciət edib. O, üst və alt göz qapağı əməliyyatı, qaş qaldırma, üz dartma, dodağı gellə doldurtma, çənə böyütmə, yanaq implantları kimi estetik əməliyyatlar edib.

Özü nəticədən razı qalsa da, əri razı qalmayıb və "Pişik qadın” nikahını xilas edə bilməyib. O, milyonçu həyat yoldaşı Alek Vildenşteyndən boşanıb.

Coselin daha sonra L.Klyanla tanış olub. 77 yaşlı Coselinin yeni sevgilisi isə onun bu görünüşünü qəbul edib. Cütlük artıq 15 ildir ki, bir yerdədir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений