Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Türkiyəyə ən çox hansı ölkənin vətəndaşlarının səfər etdiyi açıqlanıb



Türkiyəni ziyarət edən xarici ölkə vətəndaşları siyahısına Rusiya başçılıq edir.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Miqrasiya İdarəsi məlumat yayıb.

İnformasiyaya əsasən, 2017-ci ildə Türkiyəni Rusiyanın 4 milyon 702 min 482 vətəndaşı ziyarət edib. İkinci yerdə Almaniyadır. Bu ölkədən Türkiyəyə 3 milyon 519 min 206 nəfər səyahət edib. İran 2 milyon 497 min 812 nəfər turistlə üçüncü yerdədir.

2016-cı ildə Türkiyəyə səfər edən turistlərin sayı 24 milyon 686 min 471 nəfər olub. 2017-ci ildə bu rəqəm 7 milyon 371 min 745 nəfər artaraq 32 milyon 58 min 216-ya çatıb.

Qeyd edək ki, Azərbaycan Türkiyəyə səyahət edənlər siyahısında ilk onluqdadır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений