Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Politoloqdan təklif: "Ermənilərə Dağlıq Qarabağ ərazisində qan uddura bilən qrup yaradılsın"



“Rusiyanın peşəkar hərbçilərindən ibarət qrupun Suriyada savaşdığına dair neçə il öncə məlumat əldə etmişdim. “Vaqner” adlanan həmin qrup Rusiya Müdafiə Nazirliyinə tabe deyil, sadəcə pula işləyirlər və Əsəd rejiminin xidmətindədirlər. Rusiya prezidenti Vladimir Putin “Vaqner”in fəaliyyətindən xəbərdar idi və buna mane olmurdu. Putin Amerika təcrübəsindən yararlanıb”.

Cebhe.info xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, ABŞ-da müxtəlif hərbiləşdirilmiş təşkilatlar var, dünyanın müxtəlif bölgələrindəki müharibələrində iştirak edir, pul qazanır və ölkələrində vergi ödəyirlər, İraq və Əfqanıstanda da belə şirkətlər az deyil:

“Bu cür fəaliyyətlərə normal baxıram. Peşəkar hərbçilər tərxis olunduqdan sonra yüksək maaşa hərbiləşdirilmiş şirkətlərdə çalışır və ölkələrinin maraqları olduğu bölgələrdə qanuni hakimiyyətin tərəfində savaşlarda iştirak edirlər. Onlara görə heç kim məsuliyyət daşımır, qərarı özləri veriblər. Mənə elə gəlir ki, bu təcrübədən biz də yararlanmalıyıq. Demirəm ki, hər yerdə hərbiləşdirilmiş şirkətlər təsis olunsun. Ancaq yüksək qonorar müqabilində ermənilərə Dağlıq Qarabağ ərazisində qan uddura bilən qrupların varlığı niyə də olmasın? Onlar yüksək maaş və ailələrinin yüksək sığortası qarşılığında ən təhlükəli əməliyyatlara cəlb oluna bilərlər. Həmin qruplar ermənilərin yuxusuna haram qata bilər. İndi hərbi xidmətdə gənclərdir, ancaq peşəkar hərbiləşdirilmiş qruplarda daha təcrübəli və birinci Qarabağ savaşında döyüş təcrübəsi olan yaşı 35-50 arasında olanlar da iştirak edə bilər. Bir şərtlə ki, onların məvacibi çox yüksək olmalıdır, həyatları sığortalanmalı ki, başlarına bir iş gəldikdə ailələri bütün təminatlardan istifadə edə bilsinlər”.

Cebhe.info xatırladır ki, Rusiyanın bu tip şirkətlərindən biri Qarabağ müharibəsində Azərbaycana qarşı da döyüşüb. 

Mənsur Rəğbətoğlu
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений