Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Seçki başlamadan qalmaqal başladı: Putinlə bağlı məhkəmə qərar verdi



Rusiya Ali Məhkəməsi prezidentliyə namizəd Ksenya Sobçakın prezident Vladimir Putinin namizədliyinin qanunsuz olmasına dair iddiasına baxıb.

Cebhe.info xəbər verir ki, Baş Prokurorluğun nümayəndəsi Ali Məhkəmənin iclasında bildirib ki, iddialar əsassızdır və Putin namizəd ola bilər.

Prokuror Mərkəzi Seçki Komissiyasının Putinin namizədliyini qeydə almasında qanunsuzluq olmadığını bildirib və qərarın təsdiqini istəyib.

Ksenya Sobçak isə məhkəməyə müraciətində qanunun aliliyinin qorunması və Konstitusiya pozuntusunun qarşısının alınmasını istəyib. Qeyd edib ki, Putin Konstitusiyaya görə namizədliyini irəli sürə bilməz. 

Çünki artıq 2 dəfə dalbadal bu postu tutub.

Ali Məhkəmə Sobçakın iddiasını təmin etməyib və Putinin namizədliyi təsdiqlənib. 

Sobçak apellyasiya şikayəti verəcəyəni bildirib.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений