Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hər il 40 milyon insan bu xəstəliklərdən vəfat edir



Dünyada vaxtsız ölümlərin əsas səbəbi qeyri-infeksion xəstəliklərdir. Həmin xəstəliklər qrupunda dörd əsas patologiya üstünlük təşkil edir: ürək-damar, obstruktiv ağciyər xəstəlikləri, onkoloji xəstəliklər və şəkərli diabet.

AZƏRTAC bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Səhiyyə Nazirliyinin kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiyyətinin inkişafının əsasıdır" mövzusunda birgə elmi sessiyasında çıxış edən professor Nazim Qasımov deyib.

N.Qasımov bildirib ki, "Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, hər il qeyri-infeksion xəstəliklərdən 40 milyon insan dünyasını dəyişir ki, bu da bütün ölüm hallarının 70 faizinə bərabərdir. Bunlardan 15 milyon nəfəri 30-69 yaş arasında olanlardır.

Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da xəstələnmənin və ölüm hallarının əsas səbəbləri arasında qeyri-infeksion xəstəliklər üstünlük təşkil edir. Xəstələnmənin strukturunda qeyri-infeksion xəstəliklərin payı 50 faizdən yuxarıdır, o cümlədən qan dövranı sistemi xəstəliklərinin payı 18 faizə, tənəffüs sistemi xəstəlikləri və şəkərli diabetin payı 15 faizə, bədxassəli yeni törəmələrin payı 2,7 faizə bərabərdir.

Avropa ölkələrində ölüm hallarının 86, Azərbaycanda 79,5 faizi dörd əsas xəstəliyin payına düşür. Ölüm səbəbləri arasında birinci pillədə 59,8 faizlə qan-damar xəstəlikləri, ikinci yerdə 12,5 faizlə bədxassəli yeni törəmələr, üçüncü pillədə isə 2 faizlə tənəffüs sistemi xəstəlikləri dayanır", - deyə N.Qasımov bildirib.

Professor deyib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin, yəni 93 faizinin başvermə səbəbi tütündən istifadə, artıq çəki, qeyri-sağlam qidalanma, fiziki aktivliyin aşağı olması və genetik amillərlə bağlıdır. Böyüklər arasında 62,7 faiz qeyri-infeksion xəstəliklərdə bir və ya iki risk amili, 32,4 faizdə isə üç və ya daha çox risk amili aşkarlanıb. Ölkəmizdə yaşı 28-dən yuxarı olan şəxslər arasında hipertoniyanın yayılması səviyyəsi 39,4 faiz, Avropada isə 40 faizdən yuxarıdır. Şəkərli diabet ilə xəstələnmə göstəricisi respublika əhalisinin hər 100 min nəfərinə 2.053, Avropada isə 3.560 nəfər təşkil edir.

N.Qasımov qeyri-infeksion xəstəliklərin risk amili kimi artıq çəki ilə mübarizənin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O deyib: "DST-nin məlumatına əsasən, dünyada 1,4 milyard nəfər artıq çəkidən, 500 milyon nəfər isə piylənmədən əziyyət çəkir. Eyni zamanda, dünya üzrə şəkərli diabet ilə xəstələnmənin 44, ürəyin işemik xəstəliklərinin 23, bəzi xərçəng xəstəliklərinin 7-41 faizi artıq çəki və piylənmə ilə əlaqədardır".

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений