Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İran “qaynayır” - Ölənlərin sayı 5-ə çatdı, 300 saxlanılan var – VİDEO



İranda ötən gündən başlayan iğtişaşlar zamanı ölənlərin sayı 5 nəfərə çatıb.

Trend-in məlumatına görə, İran KİV-ləri ölənlərdən 3 nəfərin polis əməkdaşı olması barədə bildiriblər.

Məlumata görə, hadisələrlə bağlı saxlanılanlarında olduğu bildirilir. Saxlanılanların sayı təxminən 300 nəfər qeyd edilib.

Qeyd edək ki, ötən gün polis sufi cərəyanının nümayəndisinin həbsinə qarşı çıxış edən etirazçıları dağıtdıqdan sonra polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Həmin vaxt naməlum şəxs avtobusu kütlənin üstünə sürüb.

***

Günaz TV xəbər verir ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Hadisə,dərviş liderlərindən olan Nemətullah Riyahinin həbs edilməsindən və dərvişlərin yaşadığı məhəllərin hökumət qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra baş verib.

Fevralın 20-si sübh saat 04:00 radələrinə qədər davam edən qarşıdurmada polis dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib. Lakin vəziyyətin kəskinləşdiyini görən hökumət qüvvələri etirazçı dərvişlərə odlu silahdan atəş açaraq onlardan bir neçəsini yaralayıblar. Nəticədə onlarla dərviş yaralanıb, 30-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Hökumət qüvvələrinin vəhşiliyini görən dərvişlərdən biri avtobusla, digəri isə avtomobillə polis qüvvələrinin üstünə sürüb. Nəticədə, 3 polis və 2 “Bəsic” muzdlusu ölüb, bir neçəsi yaralanıb. Avtobusu və avtomobili idarə edən dərvişlər tutulub.

Etirazlarda həmçinin İranın dini lideri axund Əli Xamneyiyə qarşı şüarlar səsləndiriblər. “Diktatora ölüm”, “Seyid Əli! Abır-həyan olsun, utan xəcalət çək, məmləkətdən əl çək” və “Allahü əkbər”  şüarı səsləndirən etirazçılar, rejimin dərvişlərə və dinc əhaliyə qarşı repressiyalarına son qoyulmasını tələb ediblər. Hazırda Tehranın həmin məntəqəsində vəziyyətin gərgin olduğu bildirilir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений