Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

42 yerinə 32: Nazarbayev Putini qəzəbləndirən addımı atdı



Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın qrafikalı əlifbanı təsdiqləyib.

Cebhe.info xəbər verir ki, hələ ötən ilin oktyabrından başlayan prosesə yekun vurulub. Prezident 2025-ci ilə qədər latın qrafikalı qazax əlifbası hazırlanması və tətbiqinə dair sərəncam vermişdi. Mütəxəssislər 32 hərfdən ibarət latın qrafikal əlifba hazırlayıb və prezident bugünkü sərəncamla onu təsdiqləyib. 

Qeyd edək ki, qazaxlar 1920-ci illərə qədər ərəb əlifbasından istifadə edib. 1940-cı ildə Qazaxıstanda kiril qrafikalı əlifbaya keçid olub. İndiyə qədər də istifadə edilən əlifba 42 hərfdən ibarət kiril qrafikalı əlifbadır. 

Yeni sərəncamla artıq 2021-23-cü illərdə pasport, şəxsdiyyət vəsiqəsi və digər sənədlərin latın qrafikalı əlifbayla verilməzi nəzərdə tutulur. 2024-25-ci ildə isə dövlət mətbuat orqanlarında, dövlət qurumlarının yazışmalarında və çap materiallarında latın qrafikalı əlifbadan istifadə ediləcək.

Xatırladaq ki, Qazaxıstanın kiril qrafikalı əlifbadan imtinası Rusiyada narazılqıla qarşılanıb.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений