Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Onları ataları da xilas edə bilmədi: Həbsə göndərilən azərbaycanlı məmur övladları - SİYAHIDA KİMLƏR VAR?



Qanun hamı üçündür. İstər məmur, istər biznesmen, istərsə də sadə vətəndaş ol, etdiyin qanunsuz əmələ görə cəza çəkməlisən. Bu, qanunun tələbindən irəli gəlir. Bir zamanlar dəbdəbəli həyatı ilə dillərdə gəzən məmur övladlarından bəziləri son zamanlar cinayət əməlləri ilə mətbuatın gündəmində yer alırlar. Cebhe.info həbsdə olan məmur övladları ilə bağlı xatırlatma edir.

1.2017-ci il avqustun 3-də, saat 21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törədən Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev həbs olundu. Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə Nail Allahverdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

2. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun da oğlu həbs edilən məmur övladları siyahısında yer alır. Ötən il Sentyabrın 7-də paytaxtın Səbail rayonunda iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı başlanmış cinayət işi üzrə "Subaru" markalı avtomobilin sürücüsü Arif Rəhimov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

3. Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu rayonda avtomobil yolunu keçmək istəyən 11 yaşlı oğlanı vurub. Bu hadisə bağlı ətraflı məlumat yoxdur. Qəza törədən məmur oğlunun həbs olunub-olunmadığı məlum deyil.

4. Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğlu İlqar Həsənov 30 gün müddətinə həbs edilib. Belə ki, Ağdaş rayon Məhkəməsi törətdiyi qəzadan sonra İlqar Həsənovun inzibati həbsi haqqında qərar qəbul edib. Bundan başqa, məhkəmənin qərarı ilə İlqar Həsənov iki il müddətinə avtomobil idarə etmək hüququndan da məhrum edilmişdi. Onun qəza törədərkən içkili vəziyyətdə olduğu deyilirdi.

5.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin keçmiş müavini Novruzəli Orucovun oğlu da ötən il həbs edilib. Generalın oğlu Rüstəm Orucov avtobus sürücüsünü döydüyü üçün Binəqədi Rayon Polis İdarəsi onun barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə həbs olunub.

6.Həmçinin, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli avtoqəzada “Makdonalds” şirkətinin rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin həyatına son qoyduğu üçün həbs həyatı yaşayıb. Lakin o, bir müddət həbsdə qaldıqdan sonra səhhəti ilə əlaqədar şərti azadlığa buraxılıb.

7.“Xəzər Dəniz Gəmiçilik” QSC-nin keçmiş rəis müavini Mübariz Mədətovun oğlu da həbs olunanlardandır. Ancaq hal-hazırda Mübariz Mədətovun oğlu Xalid Mədətov azadlıqdadır. O, ötən ilin sonlarında azadlığa buraxılıb.

8.Bakı Şəhər Baş Polis İdarəsinin (BŞPİ) rəis müavini, general-mayor Həsən Şirinovun bacısı oğlu Cahangir Əliyev də məhkəmə qərarını icra etmədiyinə görə barəsində 20 günlük həbs qərarı verilib.

Həbs olunan məmur övladları ilə yanaşı, işi hələlik məhkəməlik olanlar da var.  

“Azərbaycan Dövlət Dəmiryolları” ASC-nin sabiq direktoru Arif Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun ifadə verəcəyi məhkəmə martın 2-nə  təyin olunub. Qeyd edək ki, Elnar Əsgərov dələduzluqda ittiham olunan qohumu Rahib Hüseynovun cinayət işi üzrə məhkəməyə cəlb olunub. İttihama görə, E. Hüseynov Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manatı dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. E. Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений