Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Media turniri-2”nin püşkü atıldı



AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İctimai Birliyinin (İFT) təşkilatçılığı ilə idman jurnalistləri arasında təşkil olunan “Media turniri-2”nin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, AFFA-nın Futbol Akademiyasının iclas zalında baş tutan püşkatma mərasimində turnirdə iştirak edəcək 10 komandanın nümayəndələri qatılıb.

Püşkatma zamanı ötən turnirdə ilk 4 yeri tutan “MX Yunayted", "İdman Azərbaycan", "İnternasional" və "CBC Sport" güclülər səbətində yer alıb. Ümumi qaydalarla tanışlıqdan sonra püşkatma baş tutub.

A qrupu

MX Yunayted
İdman Azərbaycan
Gənclərbirliyi
Futbol +
XL Marafon
B qrupu

İnternasional
CBC Sport
Bakı
Armada
Prosport

Qeyd edək ki, qrup mərhələsinin sonunda ilk iki pilləni tutan komandalar yarımfinala vəsiqə qazanacaq. Turnir martın 5-dən etibarən start götürəcək.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений