Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Elektrik qatarları adi iş qrafikini bərpa edib



Fevralın 23-dən başlayaraq Bakı-Sumqayıt, Yalama-Bakı və Şirvan-Bakı elektrik qatarları adi iş qrafikini bərpa edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu qərar Bakı yük stansiyası – Keşlə sahəsində təmirin başa çatması ilə əlaqədardır:

“Bu gündən başlayaraq Bakı-Sumqayıt-Bakı, 612 saylı Yalama-Bakı və 6703 saylı Şirvan-Bakı elektrik qatarları 2017-ci il dekabrın 10-da təsdiq olunmuş cədvələ əsasən hərəkət edəcək”.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений