Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Xocalıda soyqırım törədən orduya "İdeal"da bayram



23 fevral - Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi qeyd olunurdu. Bu gün həm də SSRİ dövründə kişilərin bayramı kimi xatırlanır. Müstəqillik qazandığımız 25 ildən də artıq bir vaxtın olmasına baxmayaraq, bu bayram hələ də ölkəmizdə statusunu qoruyub saxlayır. Xüsusən də, məhz bu günlə əlaqədar bir sıra reklam mətnləri, çarxları təqdim olunur. 

"İdeal" mağazalar şəbəkəsinin bugünkü reklamı da məhz bu haqdadır. Mətndə belə yazılır:

“Fürsət, yalnız bir gün kişi ətirlərinə 1+1.5 faiz endirim”.

Qeyd edək ki, 23 fevralda əsası qoyulan sovet ordusu "20 Yanvar" qətliamının, Xocalı soyqırımının törədilməsinə birbaşa rola malikdir. Rusiyanın Azərbaycan tarixinə öz adını qara hərflərlə yazan 366-cı motoatıcı alayı həm Xocalı, həm də Qaradağlı faciələrində (17.02.1992) iştirak edib. Məhz, bu alay sayəsində ermənilər I Qarabağ müharibəsinin ilk illərində böyük uğur əldə etməyi bacarıb. Təəssüf ki, indiyə qədər həmin alayın komandirləri cəzalandırılmayıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений