Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Cəbhədə erməni hərbçisi yaralandı



Dünən Ermənistanın Berd rayonu ərazisində yerləşən hərbi hissələrdən birində erməni əsgəri yaralanıb.

Bu barədə Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb.

Onun sözlərinə görə, hərbi qulluqçunun həyatına təhlükə yoxdur.

Berd rayon hərbi hospitalında aparılan cərrahiyə əməliyyatı nəticəsində onun sağ ağciyərinin yarısı götürülüb. Sonra yaralı hərbçi Yerevan mərkəzi hərbi hospitalına aparılıb.  

Erməni KİV-in yazdığına görə, Qafan şəhər sakini olan hərbçi əsgər yoldaşı ilə zarafat zamanı avtomatdan açılan atəş nəticəsində yaralanıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений