Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məktəblərdə 8 mart: Nazirlik 9 martda xəbər tutacaq



8 mart ərəfəsində məktəblərdə neqativ halların baş verməsi faktları ilə hər il qarşılaşırıq. Bəzi məktəblərdə valideynlər qadın müəllimlərə istədikləri hədiyyəni göndərirsə, digərlərində açıq-aydın hər hansı bir məbləğin yığılması tələb olunur. Bu da valideynlərin haqlı narazılığına səbəb olur.

Təhsil Nazirliyi isə bu il də “Azərbaycanda fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir” - deyə açıqlama verib. 

Nazirlik həmçinin əgər belə fakt olsa, valideynlərin Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt" xidmətinə müraciət edilməsi tövsiyə edir. Amma valideynlərdən adlarını açıqlamaq tələb olunur.

Məlum olduğu kimi, martın 8-i dərs günü deyil. Buna görə də, bu cür faktların əsasən bu gün baş verdiyini iddia etmək olar.

Bəs, bu gün nazirliyə hər hansı bir müraciət daxil olubmu?

Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov hələ ki, belə bir məlumatın olmadığını bildirib: “Əgər belə hal baş verərsə, bizdə bu barədə ayın 9-u xəbər olar”.

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений