Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müsavatçı aktyor polisə çağırıldı



Müsavat Partiyasının Mingəçevir təşkilatının üzvü, aktyor İbrahim Türksoy Şəhər Polis İdarəsinə çağırılıb.

Cebhe.info-ya bu barədə Müsavat Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Nurəddin Rüstəmli məlumat verib. Təşkilat sədri aktyorun polisə hansı səbəbdən çağırıldığının məlum olmadığını bildirib. 

“İbrahim Türksoyun polisə hansı səbəbdən çağırıldığı bizə məlum deyil. Şöbəyə aparılan aktyor 1 saat orada qalıb. Aktyorla şöbədə normal  davranıblar. Ancaq sosial məsələlərdən danışılıb. Hesab edirik ki, İbrahim Türksoyun polisə çağırılmasının heç bir mənası yoxdur. Ona bu dəqiqə sosial problemlərini həll etmək və normal iş tapmaq maraqlıdır”, - deyə N.Rüstəmli qeyd edib. 

Mənsur Rəğbətoğlu 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений