Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hava nə vaxt qızacaq? - TARİX VERİLDİ



Bakının havası yanvar-fevral aylarında sakinlərin gözünü yolda qoydu. Şəhərə demək olar ki, cuzi qar yağdı. Martda isə qar yağması gözlənilmirdi. Amma bu gün artıq havada qar dənəcikləri müşahidə olunur.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın açıqlamasında bildirilib ki, martın 13-14-də Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti müşahidə olunacaq: 

"Rayonlarda da hava şəraiti yağıntılı keçəcək, bəzi yerlərdə yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Martın15-i gecə və səhər saatlarında yağıntılı hava şəraiti, günorta saatlarında havanın mülayimləşəcəyi və gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq". 

G.Məmmədovanın sözlərinə görə, bu gün və növbəti iki gündə ölkədə cənub-şərq küləyi əsəcək: "Martın 14-ü və 15-i günorta saatlarında küləyin sürəti arabir güclənəcək".

Havanın temperaturuna gəlincə, mütəxəssis bildirib ki, bu gün günorta saatlarında ölkə ərazisində havanın temperaturu 4-6 dərəcə arasında müşahidə olunsa da, martın 15-də tədricən yüksələrək 7-10-dərəcəyə çatacağı gözlənilir. 

Xatirə
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений