Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Zaqatalada ev yanıb



Zaqatalada fərdi yaşayış evində yanğın olub.
 
APA-nin məlumatına görə, yanğın bu gün axşam saat 19:15 radələrində rayonun Car kəndində, kənd sakini Arif Arasova məxsus ümumi sahəsi 150 kv.m olan ikimərtəbəli yeddi otaqdan ibarət fərdi yaşayış evinin dam örtüyündə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün 2 kv.m-lik sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений