Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Prezidentə təhlükə aradan qalxdı: Şübhə isə qalır



ABŞ prezidenti Donald Tramp seçkiyə müdaxilə və Rusiya ilə əlaqələrinə dair Konqresin Alt Palatasında aparılan araşdırmanın nəticələri elan edildikdən sonra sevincini gizlətməyib.Donald Tramp sosial şəbəkədəki hesabında özünün günahsız olduğunu bildirib. O, fikirlərini böyük hərflərlə yazaraq diqqətləri suçsuz olduğuna çəkib. “Nümayəndələr Palatasının komitəsi 14 aylıq uzun araşdırmadan sonra Trampın şirkətləri və Rusiya arasında əlaqə, eləcə də prezident seçkilərinə müdaxiləyə dair fakt tapa bilmədi",- deyə Tramp yazıb.

Cebhe.info xatırladır ki, 13 martda komitəyə rəhbərlik edən respublikaçı konqresmen Mayk Konuey araşdırma nəticələri barədə məlumat verib və bildirib ki, seçki kampaniyası ilə Rusiya arasında bağlantı tapılmayıb: Bəlkə də, bəzi pis qərarlar, uyğun olmayan görüşlər barədə qeyri-münasib qərarlar tapdıq. Yalnız Tom Klensi (Amerikan yazıçısı və bir sıra əfsanəvi nəzəriyyələrin müəllifi) bu qeyri-adi əlaqələr, görüşlər və casusluqla bağlı nələri isə düzəldə bilər“-Konyey belə deyib.

O, bu iş üzrə sorğuların tamamilə dayandırıldığını da vurğuladı. Komitə 2016-cı il prezident seçkilərindən əvvəl Donald Trampın apardığı təbliğat-təşviqat kampaniyasının Rusiya ilə əlaqələrinin olmasına dair araşdırmanı bağlamaq qərarına gəlib. Lakin Konqresin Demokratlar Partiyasından olan üzvləri 150 səhifəlik hesabat üzrə aparılan araşdırmaların dayandırılmasının əleyhinədir.Demokratlar Partiyasının Nümayəndələr Palatasında təmsil olunan 140 nəfər deputatı prezident Trampa müraciət edərək onu ABŞ seçkilərinə müdaxilə etdiyinə görə Rusiyaya sanksiyalar tətbiq etməyə çağırıb. Məktubu imzalayanlar Amerika liderini 2017-ci ilin yayında qəbul edilmiş “ABŞ-ın düşmənlərinə qarşı sanksiya ilə əks-fəaliyyət ” (CAATSA) qanun çərçivəsində məhdudiyyətlərin tətbiq edilməsindən imtina etməkdə suçlayaraq bildirir ki, Amerikanın seçki sistemi Rusiyanın hücumlarına qarşı həssas olaraq qalır. “Biz sizi qətiyyətlə bu kursu dəyişdirməyə, qanunun və məktubun ruhunu, ölkəmizin təhlükəsizliyi və seçki prosesinin etibarlılığı sarsılmazlığını dinləməyə çağırırıq”-konqresmenlər qeyd edib.

Onlar bir daha bəyan edirlər ki, yanvarın 29-da qəbul edilmiş qərara uyğun olaraq ABŞ administrasiyası Rusiya hərbi və kəşfiyyat sektorları ilə əməkdaşlıq edənlərə qarşı sanksiyalar tətbiq etməlidir: “Siz vaxtında bunu etmədiniz. Siz həmçinin, 2016-cı il seçkiləri zamanı kiberhücumlara görə məsuliyyət daşıyanları da cəzalandırmadınız”-müraciətdə belə yazılır.Bir müddət öncə, ABŞ Dövlət Departamenti 29 yanvar tarixindən etibarən sanksiyaların qüvvəyə mindiyini bəyan etmişdi.Orada əminliklə vurğulanır ki, üçüncü ölkələr və şəxslər özləri təhlükəyə məruz qaldığından Rusiyanın hərbi sənayesi ilə əməkdaşlıqdan imtina edir.Konqresdə bu yanaşma "sadəlövh və qəbuledilməz" adlandırılıb.

Politoloq Elşən Manafov hesab edir ki, Demokratlar Partiyasının ABŞ prezidentinə qarşı ittihamları səngiməyəcək:

“May ayında bu ittihamların yeni bir müstəvi üzərinə qalxacağı ilə bağlı fikirlər səsləndirilir. Həqiqətən də prezident seçkiləri zamanı Trampın Rusiya ilə bağlılığı barədə aparılan araşdırmalar təsdiqini tapmadı.Bununla yanaşı, Donald Trampın prezident seçkilərində qalib gəlməsi ilə bağlı Birləşmiş Ştatlarda ciddi şübhələr qalmaqdadır.Demokratlar Partiyasının namizədi Hillari Klintonun seçkilərdə qalib gəlməsi ilə bağlı ehtimallar yenə gündəmdədir.ABŞ-ın seçki qanunvericiliyinə görə, kimin prezident seçiləcəyini federasiya ərazisindən seçilmiş 507 nəfərlik komissiya müəyyənləşdirir.Lakin bir çox hallarda komissiya üzvlərinin mövqeyi seçicilərin maraqları ilə üst-üstə düşmür.Hər halda prezident Tramp Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib.Eyni zamanda, Donald Trampın prezidentliyi dövründə Birləşmiş Ştatların müttəfiqləri ilə münasibətlərində də problemlər yaşanıb. Tramp Avropa dövlətlərindən ümumi daxili məhsulun 2 faizə qədərini NATO-ya ayırmağı tələb etdi. Biz Trampın Yaxın və Orta Şərqdə, Qüdslə bağlı qəbul etdiyi qərarın, eləcə də Suriyadakı siyasətinin Avropadakı müttəfiqləri tərəfindən axıra qədər dəstəklənmədiyini müşahidə edirik.Bu onu göstərir ki, Trampın prezident seçilməsi Amerikanın siyasi istiblişmentinə müttəfiqləri qarşısında heç də başucalığı gətirmədi. Trampın iqtidarı dövründə Şimali Koreya, Suriya ilə və Türkiyə ilə münasibətlərdə qəbul etdiyi qərarlar Birləşmiş Ştatların siyasi elitası tərəfindən birmənalı qarşılanmır ”.

Elşən Manafovun sözlərinə görə, Trampın Rusiya ilə əlaqələrinə dair araşdırmaların dayandırılması prezidentə qarşı tez-tez səslənən impiçment təhlükəsini tamamilə aradan qaldırmır:

“ABŞ-ın siyasi tarixində impiçment halı bir dəfə-1974-cü ildə prezident Niksonla mətbuatla münasibətlərində yaranmış gərginliyə davam gətirməyərək istefaya getməsi nəticəsində baş verib. Birləşmiş Ştatların qanunvericiliyi kifayət qədər mürəkkəb müstəvi üzərində qurulub.İmpiçment məsələsi Demokratlar Partiyası tərəfindən gündəmə gətirilsə də, unutmaq lazım deyil ki, Konqresdə həm də Trampın namizədi olduğu Respublikaçılar Partiyası da təmsil olunur. Bu baxımdan, Konqresə seçkilərin hər iki ildən bir keçirildiyini nəzərə alsaq, çox güman ki, ali qanunverici orqana keçiriləcək növbəti seçkilərdə Respublikaçılar çoxluğu qazana bilərsə, Trampa yönəlmiş ittihamlar bir qədər səngiyəcək. Əgər qüvvələr nisbəti Demokratlar Partiyasının xeyrinə dəyişsə, o zaman Trampa qarşı iddialar yenidən gündəmə gələ bilər.Demokratlar da Respublikaçıların və Trampın yerdə qalan reytinqini aşağılamaq üçün bundan istifadə etməyə çalışacaqlar.Ancaq növbəti seçkilərə qədər Donald Trampın birinci prezidentlik müddəti yekunlaşmaq üzrə olacaq”.

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений