Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan: Silahlar hara tuşlanıb?



“Rusiyada indi hər şeydə tənəzzüldür, təkcə hərbi sənayedən başqa. Buna görə də, Dugin, Proxanov, “ermənilər” Kurginyan, Mirzəyan Putində öz arzularını görüblər, onu dəstəkləyiblər və balaca Stalin əldə ediblər”.

Bu fikri erməni politoloq Levon Şirinyan söyləyib. O hesab edir ki, Putinin qələbə çalacağı təqdirdə Rusiyada avtoritarizm güclənəcək, daxili çəkişmələr şəraitində isə Moskva avantüraya əl ata bilər ki, bunun üçün də ən rahatı Qarabağ münaqişəsidir. ““Ermənistan xalqı əmin ola bilər ki, KTMT onun köməyinə gələcək, lakin Qarabağ KTMT-nin məsuliyyət sahəsinə aid deyil” bəyanatına mən məhz bu kontekstdə yanaşıram”.

Erməni ekspert bildirib ki, Azərbaycan zirehli texnikasını təlimlərə təsadüfən çıxarmayıb və hərbi müdaxiləni də istisna etmir. “Dünya ictimaiyyəti, aprel müharibəsində olduğu kimi, bizim müdafiəmizə qalxmayacaq”.

 

Daha sonra erməni ekspert “hər bir pozuntu zamanı zərbə vurmağa” çağırıb: “İlk hesablama mərkəzi Yevlaxdır. Əgər Yevlaxa zərbə vurulsa, Azərbaycanın onurğası sınar. Biz buna hazır olmalıyıq. Bundan başqa, Ermənistan qabaqlayıcı müharibə metodlarını tətbiq etməlidir, bildirməlidir ki, təlim zamanı tanklar sərhədə 5 km-dən az məsafəyə yaxınlaşsalar, zərbə endirəcəyik. Bizim belə hüququmuz var”, - erməni politoloq əminliklə bildirib.

Qeyd edək ki, erməni işğalçıları Azərbaycanı məğlub etmək üçün Yevlax şəhərini və Yevlax dairəsini strateji bölgə hesab edir. Ermənistan Rusiyanın planı əsasında bu məsələni hələ 1990-cı illərin əvvəlində gündəmə gətirib. Ermənilərin fikrincə, Bakıdan Azərbaycanın müxtəlif bölgələrinə gedən şosse yolun ayrıldığı Yevlax dairəsini tutmaqla guya Azərbaycanı təslim olmağa məcbur etmək olar. 1997-ci ildə isə ATƏT-in Mİnsk Qrupunun rusiyalı həmsədri Vladimir Kazimirov rəsmi Bakını erməni əsgərlərinin Yexlaxa gəlib çatması ilə təhdid etmişdi. Bununla da Rusiya Azərbaycanı təslimçi sülhə razı salmaq istəyirdi. Lakin Azərbaycan tərəfi bu təxribatların qarşısında geri çəkilmədi. İndi Ermənistan Yevlax məsləsini yenidən gündəmə gətirməklə Azərbaycan tərəfinə hədə-qorxu gəlməyə çalışır. 

Halbuki, Azərbaycan da Ermənistanın əsas strateji məkanlarını məhv etmək gücünə sahib silahlara malikdir. Xatırladaq ki, bir müddət öncə Azərbaycanın Naxçıvanda yerləşən raketlərinin İrəvanın 60 kilometrliyində olması barədə məlumatın yayılması erməniləri təşvişə salmışdı. 

Politoloq Natiq Miri hesab edir ki, Levon Şirinyanın açıqlamasını mənasız və cəfəngiyyat hesab edir: “Bu fikrin arxasında heç bir normal məntiq dayanmır. Belə ki, Rusiya həm Xəzər dənizindən, həm də Aralıq dənizi hövzəsindən atdığı minlərlə qanadlı raketlə Suriyanın istənilən nöqtəsini vurdu. Hələ də Suriyada vəziyyət qeyri-müəyyən olaraq qalır. Hələ də Suriyada əsl qalib tərəfin kim olduğu müəyyən deyil. Ona görə də Azərbaycanda Yexlaxın və və ya başqa bölgənin raketlə vurulması bir müharibənin taleyinin həll olunması anlamına gəlməz. Həmin raketlərin arxasında döyüşəcək hərbi qüvvə dayanmalıdır ki, müharibədə lazım olan hədəflərə çatıla bilsin. Hazırda Ermənistanın nə ciddi quru qoşunları, nə də havadan bombardman həyata keçirə biləcək güclü aviasiyasi yoxdur. Ona görə də Ermənistanın Azərbaycanla müqayisədə nəyə güvəndiyi anlaşılan deyil. O ki qaldı Ermənistandakı strateji nöqtələrə rəsmi İrəvan ilk növbədə Metsamordakı Atom-Elektrik Stansiyasını düşünməlidir.

Bu gün Naxçıvandakı raket sistemləri, hava hücumundan müdafiə sistemləri nəinki atom-elektrik stansiyasını, hətta Türkiyə-Ermənistan sərhəddindəki strateji nöqtələri belə dəqiqliklə vura bilər. Ancaq bunlar heç nəyi ifadə etmir. Azərbaycan əsgəri bu gün lazım gələrsə, bir ay ərzində Dağlıq Qarabağ ətrafındakı rayonları, eyni zamanda, Ermənistanın yarısını belə ermənilərdən azad edə bilər. Qoy politoloq Şirinyan bu haqda düşünsün. Sadəcə olaraq, ermənilər Azərbaycan ordusunun qarşısındakı acizlik elementini belə xülyalar söyləməklə nümayiş etdirir. Bu cür açıqlamalar Ermənistanı Azərbaycanın əlindən almayacaq. Yevlaxı işğal etmək üçün Ermənistana güclü əsgəri qüvvə lazımdır. Ermənistan bu günkü sınıq-salxaq ordusu ilə bunu edə bilərmi? Azərbaycanın 200 min nəfərdən artıq ordusu var. Bu qədər gücün qarşısında Ermənistanın sınıq-salxaq ordusu Yevlaxa necə gəlib çıxa bilər? Yevlaxı raketlə vurmaq fikrinə düşsələr, o zaman Azərbaycanın güclü raketdən və hava hücumundan müdafiə sistemləri həmin təhlükəni göydə zərərsizləşdirəcək. Ermənistanın belə böyük quru əməliyyatı apara biləcək siyasi və hərbi gücü yoxdur. Ona görə də Ermənistan hakimiyyətinin sifarişi ilə danışdırılan belə axmaq politoloqların qeyri-ciddi fikirlərinə münasibət bildirməyə ehtiyac yoxdur”. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений