Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hər an uçmaq təhlükəsi ilə üz üzə olan yataqxana söküləcək - VİDEO



Sumqayıtda qəzalı vəziyyətdə olan yataqxananın söküntüsünə qərar verilib. Yataqxanada məskunlasan 209 ailə artıq köçürülür. Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sakinlərə ümumilikdə 6 milyon 710 min manat vəsait ödəniləcək.

xezerxeber.az bildirir ki, hər an uçmaq təhlükəsi ilə üz üzə olan yataqxana söküləcək.

Sumqayıt şəhər 76-cı məhəllə ərazisində yerləşən, qəzalı vəziyyətdə olan 6A saylı yataqxananın sakinləri artıq köçürülməyə başlanıb. Qəzalı binada insanların yaşaması mümkün olmadığı üçün sökülməsinə qərar verilib.

Sumqayıt şəhər İcra hakimiyyətindən XəzərXəbərə bildirilib ki, yataqxanada qeydiyyatda 209 ailə var. 1 nəfərlik ailə üçün 25 min, 2 nəfərlik ailə üçün 30 min, 3 və ya daha çox nəfərlik ailə üçün isə 35 min manat olmaqla sakinlərə ümumilikdə 6 milyon 710 min manat vəsait ödənilib. Sakinlər həmin vəsaitlərini aidyyatı üzrə müracət edərək əldə edə bilirlər.

Yataqxanada məskunlaşan ailələrin 150 manat kirayə pulu da 1 ay əvvəldən ödənilib.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений