Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Müavinətlərin maliyyələşdirilməsi artımla birgə həyata keçirilib” - Nazirlik



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə sosial müavinətlərin və Prezident təqaüdlərinin mart ayının 1-dən edilmiş artımlarla birgə tam maliyyələşdirilməsi təmin olunub. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, mart ayı üzrə qeyd edilən sosial ödəniş növlərinin də vaxtından əvvəl olmaqla, bayrama qədərki günlərdə ödənişi həyata keçirilib. Bu da sosial müavinət və təqaüdlərlə təmin olunan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, onların maraqlarının təminatına xidmət edir. 

“Bundan əvvəl isə ötən həftə Fond tərəfindən mart ayının əmək pensiyalarının tam maliyyələşdirilməsi işləri başa çatdırılıb” deyən şöbə müdiri qeyd edib ki, prezident İlham Əliyev tərəfindən ötən ay, yəni cari ilin fevral ayında imzalanan Fərman və Sərəncamlarla yaşa görə, ümumi xəstəliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar təyin olunan aylıq sosial müavinətlərin məbləği artırılıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений