Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazir müxalifət-terrorçu “sevgisi”ndən yazdı: İstefaya getməli oldu



Norveçin ədliyyə naziri Silviya Listheyr istefaya getdiyini bəyan edib.

Cebhe.info xəbər verir ki, buna səbəb nazirin sosial şəbəkələrdə narazılığa səbəb olan paylaşımı olub.

9 martda nazirlik rəhbəri müxalifətdə olan İşçi Partiyasını terrorçuların hüquqlarını xalqın təhlükəsizliyindən üstün tutmaqda ittiham edib. Facebook paylaşımına nazir “Əş-Şabab” terror qrulaşmasının fotosunu da əlavə edib.Ancaq bir neçə saat sonra öz paylaşımını silib. Bununla belə paylaşıma dərhal reaksiya verilib və İşçi Partiya naziri nifrət yaratmağa cəhddə ittiham edib. 

Partiya sədrinin bəyanatında bildirilib ki, məhz belə mövqe 22 iyul 2011-ci ildə kütləvi insan ölümlərinə yol açıb. Söhbət Anders Breyvikin Osloda və Utoya adasında 77 nəfərin ölümünə səbəb olan iki hücumundan gedir. 

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений