Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanda sərnişinlərə nələr qadağandır - BİLİRSİNİZMİ?



Sərnişin nəqliyyatında neqativ hallarla demək olar ki, hər birimiz rastlaşırıq. Hansısa sərnişinin nəlayiq formada özünü aparması, bəzən içkili halda nəqliyyatdan istifadə etməsi bir çox hallarda narazılıq yaradır. Bəzən isə həmin sərnişin avtobusdan çıxarılır.

Ümumiyyətlə hansı hallarda ictimai nəqliyyatdan istifadə qadağandır?

Bəzən sərnişinlər sürücülərdən nizam-intizam tələb edirlər. Sərnişinlərin vəzifələrindən, o cümlədən onlarla bağlı qadağalardan isə çoxumuzun xəbəri yoxdur.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun rəhbəri Mais Ağayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və bağac daşınması qaydaları haqqında” 141 saylı qərarında göstərilib ki, sərniıin sərxoş vəziyyətdə avtonəqliyyat vasitəsinə minməməlidir: 

”Əgər belə hal olarsa yəni sərxoş sərnişin digər sərnişinlərə və sürücüyə narahatlıq yaradırsa, sürücünün avtobusu idarə etməsinə ciddi şəkildə maneələr yaradırsa, sürücünün avtobusu idarə etməsinə ciddi şəkildə maneələr yaradarsa bu halda sürücü onun avtobusdan düşməsini tələb edə bilər”.

Bəs həmin qərarda daha hansı hallarla bağlı sərnişinlərə qadağalar var? 

Cebhe.info bunları nəzərinizə çatdırır:

Qərara görə, gediş haqqının, habelə baqajın (əl yükünün) daşıma haqqının ödənilməsini və ya müvafiq güzəştlərə malik olmasını təsdiq edən sənədlər olmadan, yaxud gediş haqqının ödəniş aləti vasitəsilə ödənilməsi tələb olunan hallarda belə ödəniş etmədən gedişi həyata keçirmək; [36]

Gediş sənədlərini saxtalaşdırmaq və onların üzərində düzəlişlər etmək;

Avtonəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün diqqətini yayındırmaq;

Əl yükünü sərnişin avtonəqliyyat vasitəsində oturacaqların üstündə, habelə giriş (çıxış) yerlərində yerləşdirmək;

Sərnişin avtonəqliyyat vasitəsi tam dayananadək qapıları açmaq, onların açılmasına və ya bağlanmasına mane olmaq, qəza hadisələrinin baş verdiyi hallar istisna olmaqla, sürücünün icazəsi olmadan pəncərələri açmaq, habelə avtonəqliyyat vasitəsinin idarə edilməsinə müdaxilə etmək;

Sərnişin avtonəqliyyat vasitəsinin qapılarına söykənmək;

Zərurət olmadıqda sərnişin avtonəqliyyat vasitəsinin qəza avadanlığından istifadə etmək;

Sərnişin avtonəqliyyat vasitəsinin pəncərəsindən hər hansı əşyaları atmaq;

Sərnişin avtonəqliyyat vasitəsini və onun avadanlığını zədələmək;

Sərnişin avtonəqliyyat vasitəsinin salonunu zibilləmək;

Sərnişin avtonəqliyyat vasitəsində daşınması qadağan olunan əşyaları aparmaq;

Sərnişinlər üçün narahatlıq və ya yoluxucu xəstəliyə yoluxma təhlükəsi yarada bilən xəstə heyvan və quş aparmaq;

Digər sərnişinlər üçün narahatlıq yarada bilən xəstə halda və ya sərxoş vəziyyətdə avtonəqliyyat vasitəsinə minmək;
Sərnişin avtonəqliyyat vasitəsinin salonunda aerozol və digər püsgürdücü vasitələrdən istifadə etmək;

Sərnişin avtonəqliyyat vasitəsinin salonunda siqaret çəkmək, digər sərnişinlərin geyimlərini və ya sərnişin avtomobil nəqliyyatı vasitəsinin salonunu çirkləndirə bilən paltarda olmaq və ya çirkli əl yükünü aparmaq;

Sərnişin avtonəqliyyat vasitəsini gözləyərkən və ya ondan düşəndən sonra minik meydançasının və ya səkinin ön hissəsində dayanmaq;

Sərhəd nəzarəti zonasında olan sərnişin avtonəqliyyat vasitəsindən özbaşına düşmək və ona özbaşına minmək qadağandır.

Sərnişin bu Qaydaların tələblərinin pozulmasına, habelə daşıyıcıya, sifarişçiyə və ya avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının digər iştirakçılarına vurduğu maddi ziyana görə məsuliyyət daşıyır.

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений