Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Son həlqə də qopur: Sırada hansı ölkə var?



Ukrayna Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik çıxmaq barədə qərar verməyə hazırlaşır.

Cebhe.info xəbər verir ki, Ukrayna prezidenti Petro Poroşenko hökumətə MDB-dən çıxmaq üçün müvafiq təkliflərin hazırlanması göstərişini verib. “Ukraynanın heç vaxt, elə indi də MDB üzvü olmadığını, eləcə də təşkilatın Rusiya işğalını qınamaqdan imtina etməsini nəzərə alaraq, xahiş edərdim ki, biz hökumətlə birlikdə MDB-nin Nizamnamə orqanlarında iştirakımıza rəsmən son qoymaq üçün mövqe işləyib hazırlayaq. MDB-nin Minskdəki müvafiq institutlarında olan Ukrayna nümayəndəlikləri də tam olaraq bağlanmalıdır”, - deyə Poroşenko bildirib.

Poroşenko eyni zamanda, yaxın vaxtlarda Rusiya ilə 1997-ci ildə imzalanmış “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq” Haqqında müqavilənin bəzi müddəalarının birtərəfli qaydada ləğvi barədə Ali Radaya qanun layihəsi təqdim edəcəyini də açıqlayıb.

Son həlqə də qopur

Artıq Rusiya işğalı ilə üzləşən ikinci dövlət Ukraynadır ki, MDB-dən birdəfəlik imtina etmək istəyir. Son illərdə ilk dəfə öz ərazilərinin bir hissəsinin (Abxaziya və Cənubi Osetiya) Rusiya tərəfindən işğal edilməsinə etiraz olaraq, Gürcüstan MDB-dən çıxıb. Ukrayna isə 2014-cü ildən – Krımın Rusiyaya qanunsuz olaraq ilhaq edilməsindən sonra birliyin tədbirlərində iştirak etməkdən imtina edir. Ərazilərinin müəyyən hissəsi yenə də Rusiyanın nəzarətində olan Moldova da MDB-nin qərarlarına o qədər ciddi yanaşmır. Düzdür, Moskvanın adamı olmaqda ittiham edilən

İqor Dodon bir qədər bu məsələyə həssas yanaşsa da, səlahiyyətlərinin böyük hissəsinin parlament tərəfindən məhdudlaşdırılımasına görə sükut mövqeyində dayanır. Yəni, prezidentin sözünün işə yaramadığı Moldova da Ukraynadan sonra MDB-dən çıxamağa ən real namizədlərdən biridir.

Hesab etmək olar ki, MDB-nin ən nüfuzlu üzvlərindən biri olan Ukraynanın birlikdən çıxması yeni tendensiyanın əsasını qoya bilər. Son illərdə Rusiyanın MDB-yə üzv olan digər dövlətlər – Azərbaycan və Belarus üzərində təzyiqlərini artırdığını, həmçinin, bu təzyiqləri üzərində daha çox hiss etməyə başlayan Qazaxıstanın xarici siyasətdə balans siyasətinə üz tutduğunu nəzərə alsaq, yaxıb gələcəkdə MDB öz hüquqi qüvvəsini tamamilə itirərək dağıla bilər. Bu da SSRİ-nin dağılmasından sonra keçmiş ittifaq respublikalarının inteqrasiya şəraitində yaşaması üçün son həlqənin də qopması deməkdir.

Mənsur
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений