Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycanlı milyarderlərin bazarında “qara əməliyyat”



Rusiyada kölgə iqtisadiyyatının liderləri açıqlanıb.

Cebhe.info xəbər verir ki, Rusiya Bankı paytaxt Moskvada kölgə iqtisadiyyatına liderlik edən ticarət mərkəzləri ilə bağlı faktlar toplayıb. Məlum olub ki, bu sahədə liderliyi "Moskva" Ticarət Mərkəzi, "Sadavod" bazarı, "Fudsidi"dəki məntəqələr edir.

Burdakı operatorların 90 faizini Çin istehsaçıları və ticarətçiləri tutur. Aylıq dövriyyə isə 600 milyard rubldan da çox olur. Ancaq onların bank hesabları ya yoxdur, ya da mövcud bank hesablarında heç bir hərəkətlənmə hiss edilmir.

Məsələ burasındadır ki, həmin ərazilərdəki ticarətçilərin valyuta əməliyyatlarının böyük hissəsi heç bir rəsmi qeydiyyata daxil edilmir. Ticarətçilər isə əsasən kriptovalyuta alır və onu vətənlərinə göndərərək yerli pulla dəyişdirirlər. Rusiya qanunverciliyi kriptovalyutanı dəstəkləməsə də, həmin məntəqlərdə elektron vəsaitin alınması geniş yayılıb. Beləliklə, kölgə iqtisadiyyatı ilə məşğul olan qrup və ya ayrı-ayrı şəxslər ölkədən nəğd valyuta çıxarmayaraq elektron puldan istifadə edirlər.

Məlumat üçün bildirək ki, ““Sadovod” bazarı İlham Rəhimov və onun Azərbaycandan olan yəhudi ortaqları - Zarah İliyev və Qod Nisanova məxsusdur.

Xəzər
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений